Bavariya iki ildir qalib gələ bilmədiyi Bayerə qarşı
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində "Bavariya" - "Bayer" qarşılaşması keçiriləcək. Sport24.az xəbər verir ki, Münxen təmsilçisinin əsas hücumçusu, 14 qolla Bundesliqanın bombardiri olan Harri Keynin bu matçda iştirak etməyəcəyi gözlənilir.
"Bavariya" artıq iki ildir "Bayer"ə qalib gələ bilmir. Rəqiblərin son dörd oyunundan ikisində Leverkuzen təmsilçisi qələbə qazanıb, daha iki qarşılaşma isə heç-heçə başa çatıb.
Qeyd edək ki, "Bavariya" - "Bayer" matçı "Allyans Arena"da keçiriləcək və Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Bavariya iki ildir qalib gələ bilmədiyi Bayerə qarşı İdman və Biz
03 Dekabr 2024 15:32
Buendia Bayerə keçə bilər
27 Yanvar 2025 14:32
Çempionlar Liqası: Liverpul Jironaya, İnter Bayerə qarşı
10 Dekabr 2024 09:54
Bavariya qalib gələ bilmədi
15 Mart 2025 21:15
Qurban Qurbanov: 2024 ən uğurlu illərdən oldu, Bayerə hər iki matçda qalib gələ bilərdik
22 Dekabr 2024 19:14

