“Bavariya” Luis Diasın əvəzedicisini “Portu”da tapıb
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bavariya” Portuqaliyanın “Portu” klubunda çıxış edən Oskar Pietuşevskini transfer hədəfləri sırasına daxil edib.
İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı polşalı futbolçunu gələn yay heyətinə qatmağı nəzərdən keçirir.
Sol cinahda çıxış edən Pietuşevski “Bavariya”da Luis Diasın keyfiyyətli alternativi kimi qiymətləndirilir. Klubun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl də gənc futbolçunun potensialını yüksək dəyərləndirir.
Artıq mümkün transferlə bağlı ilkin müzakirələr aparılıb. “Bavariya” futbolçunun müqavilə şərtləri barədə məlumatlıdır.
Pietuşevskinin “Portu” ilə müqaviləsində 60 milyon avroluq (114,9 milyon manat) sərbəstqalma məbləği nəzərdə tutulub.
Polşalı futbolçu Münhen klubunun yay transfer pəncərəsi üçün müəyyənləşdirdiyi bir neçə namizəddən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Noyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















