Icma.az
close
up
RU
Luis Dias “Bavariya”da:

Luis Dias “Bavariya”da:

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yürgen Klopp 2024-cü ilin yazında “Liverpul”u tərk edəndə azarkeşlər ciddi narahatlıq keçirirdi. Axı almaniyalının xələfi Arne Slot əvvəllər heç vaxt top-liqalarda işləməmişdi. Hərçənd “Feyeneoord”la qazandığı əla nəticələr sayəsində “qırmızılar”ın “sükanı arxasına” keçməyi haqq edirdi.

Bəli, yeni baş məşqçinin belə böyük və ambisiyalı klubda işinin öhdəsindən gəlib-gəlməyəcəyi ilə bağlı müəyyən şübhələr var idi. Özü də onun üçün heç kim alınmamışdı – yalnız premyer-liqada 104 dəqiqə keçirən Federiko Kyeza “Enfild”ə gəlmişdi.
Slot nəinki vəzifəsinin öhdəsindən gəldi, komandanı inamla çempionluğa daşıdı – Klopp isə 8 il ərzində bir dəfə bunu bacarmışdı. Parlaq mövsümdən sonra niderlandlının yeni transferlərlə təmin olunması anlaşılandı. Mersisaydlılar yenilərə artıq 309 milyon avro xərcləyib, görünür, hələ bu da son hədd deyil. Frimponq, Kerkez, Virts və Ekitike gəlib. Komanda əməlli-başlı güclənib.
Təbii ki, kiminləsə vidalaşmaq lazımdı. Aleksander-Arnold hələ mayda “Real”a keçəcəyini açıqlamışdı, “Liverpul” mövsümlərarası dövrdə əsas heyət oyunçusu sayılmayan Kuansa və Kelleher ilə də vidalaşdı. İyulun sonunda isə bəlli oldu ki, hücum xəttinin liderlərindən biri, 28 yaşlı Luis Dias da gedir. Vinger premyer-liqanın son mövsümündə keçirdiyi 36 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə verib.
Kolumbiyalı artıq çoxdan getmək variantını nəzərdən keçirirdi. Onu fəal şəkildə “Barselona” ilə bağlasalar da, sonda Kataloniyanın paytaxtına Reşford yollandı. Dias isə artıq “Bavariya”nın şərəfini qoruyacaq. Münhen nəhəngi futbolçuya görə bonuslar da nəzərə alınmaqla 75 milyon avro ödəyəcək. “Liverpul” tarixinin ən baha satışları sırasında üçüncüdü, eləcə də “Bavariya” tarixinin ən baha transferlərindən biridi. Münhenlilər bir il əvvəl Olisenin transferində olduğu kimi, yenə də hücumun cinahına səviyyəli futbolçu alıblar. Çox güman, Luis də start heyətinin daimi sakini olacaq, azarkeşlərə Sane üçün darıxmaq fürsəti verməyəcək.
“Liverpul” Diası satmaqla heç də hamını razı salan qərar verməsə də, bunun üçün yetərincə səbəb var idi. Birincisi, futbolçu özü açıq-aşkar komandasını dəyişməj istəyirdi. Belə məqamlar mütləq idmançının effektivliyinə və ümumilikdə əhval-ruhiyyəsinə təsir göstərir. Dias vacib oyunçudu, ancaq Salah və ya Van Diyk deyil, bu üzdən onu sərfəli şəkilfə buraxmaq lazımdı. Bir halda ki, Slotun sərəncamına dayanmadan top səviyyəli yaradıcı oyunçular verilir. Bir neçə həftə əvvəl Luisin gedişi o anlama gəlirdi ki, niderlandlının əlinin altında hücum qrupu oyunçularından yalnız Salah, Qakpo və Nunyes qalacaq. İndi isə artıq Virts və Ekidike də var. Mersisaydlılar Diası satmaqla yaxşı və faydalı ifaçının xidmətindən məhrum olur, ancaq variativlik və keyfiyyət baxımından, demək olar ki, heç nə itirmirlər. Hələ üfüqdə Aleksander İsak da var.
Söz düşmüşkən, isveçlinin potensial transferi də kolumbiyalının satışını sürətləndirdi. “Nyukasl” bu hücumçu üçün qeyri-real para, hardasa 150 milyon avro istəyir, bu üzdən “Liverpul”un hansısa oyunçunun satışından qazanması zəruri idi. “Barselona” bir müddət əvvəl Niko Uilyamsı almaq istəyəndə bütün dünyanı köməyə çağırırdı. Britaniyalıların işi bu planda asandı – “Bavariya” ilə dərhal anlaşdılar və İsakın transferinə qoyulacaq pulu əldə etdilər. “Liverpul” maliyyə savadlılığına dair nümunə göstərdi.
Yeri gəlmişkən, münhenlilə hansısa mənada cəsarətli davrandılar. Almaniya nəhəngi artıq bir dəfə “Enfild”dən parlaq təsir bağışlayan vingeri aparsalar da, “yanmışdılar”. Sadio Mane “Bavariya”ya gəldi, ümidləri doğrultmadı, paltardəyişmə otağında ab-havanı korladı, 20 milyon avrodan artıq qazabdı və bir mövsüm sonra Səudiyyə Ərəbistanına qaçdı. Açıq-aşkar biabırçı transfer idi. Ancaq qeyd etməyə dəyər ki, onda məbləğ də aşağı idi – 32 milyon.
Diasın Manenin ssenarisini təkrarlayacağına adamın inanmağı gəlmir. Afrikalı keçid anında bir qədər yaşlı və titullu idi. O, 2022-də - transfer ilində bütün mümkün titulları qazanmışdı, “Qızıl top” uğrunda mübarizədə 2-ci yeri tutmuşdu. Bir sözlə, seneqallı idman aclığını doyurmuşdu, kolumbiyalı isə ambisiyalar planında qətiyyən tox deyil. Özünü sübut və tərəqqi etməyə çalışacağı şübhə doğurmur.
Kəsəsi, bu hamını və hər kəsi – bütün tərəfləri razı salan transferdi. Oyunçu öz arzusu ilə getdi, satışı yaxşı pul qazandı və zəifləmədi, alıcı isə normal məbləğ qarşılığında əla futbolçuya yiyələndi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri