“Bavariya” rəhbərliyi Olisenin gələcəyi ilə bağlı yekdil qərar qəbul edib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Bavariya”nın rəhbərləri Uli Höness, Karl-Hayns Rummenigge, Herbert Hayner, Yan-Kristian Drizen, eləcə də idman direktorları Maks Eberl və Kristof Froynd yekdilliklə cinah oyunçusu Maykl Olisenin satılmaması ilə bağlı razılığa gəliblər.
İdman.Biz bu barədə “Bild”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, alman nəhənginin rəhbərliyi fransız cinah oyunçusunu klubda saxlamaq niyyətindədir.
Xatırladaq ki, “Real Madrid”in prezidenti Florentino Peres daha əvvəl gələn çərşənbə axşamı adı açıqlanmayan oyunçu üçün 150 milyon avro təklif edəcəyini açıqlamışdı. Daha sonra AS nəşri “Real Madrid” prezidentinin deyilənin həmin oyunçu olmadığını vurğulamasına baxmayaraq, sözügedən futbolçunun Olise olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 06 İyun 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















