Icma.az
close
up
RU
Bavariya rəsmisi: Futbol bu gedişlə divara dirənəcək

Bavariya rəsmisi: Futbol bu gedişlə divara dirənəcək

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya" klubunun idarə heyətində yer alan Karl-Hayns Rummeniggenin İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsi

- Çempionlar Liqasının yeni formatı tam şəkildə Superliqa ideyasının faydasızlığını nümayiş etdirirmi?

- 2020-ci ildə mən UEFA-ya darıxdırıcı olmağa başlayan qrup mərhələsindən kənara çıxmağı təklif etmişdim. Vahid turnir cədvəli indiyə qədər gördüyüm ən gözəl variantdır: son gündə komandaların mövqeyi hər dəqiqə dəyişirdi. Superliqaya gəlincə, o ideya İngiltərə və İtaliya komandalarının imtinası ilə məhv oldu. İspaniyanın iki komandası qalıb ki, onlar da istəsələr, hər bazar günü "El Clásico" keçirə bilərlər.

- Sizcə, Florentino Peres niyə yeni Çempionlar Liqasının ədalətsiz olduğunu söyləyir?

- Bilmirəm, hesab edirəm ki, bu, Avropa klubları üçün ən yaxşı variantdır. Onlar daha çox pula sahib olmaq və turniri idarə etmək istəyirdilər. Hər şeyin necə olmasına qərar vermək istəyirdilər.

- Çox oyun keçirməklərindən şikayət edən futbolçulara münasibətiniz niyə həmişə sərt olub?

- Çünki düşünürəm ki, oyunçular getdikcə daha çox pul istəməklə özlərini tələyə salıblar. Həmin pulu da klublar daha çox matç keçirməklə qazanmalıdırlar ki, bu da televiziya bazarına lazımdır. Ancaq hər il oyunçular daha çox maaş istəyirlərsə və agentlər bəzən söhbət etmək üçün belə pul tələb edirlərsə, hansı klub başqa cür gəlir əldə edə bilər?

- Bu vəziyyətdən necə çıxmaq olar?

- Mən “Liverpul”un sahibi Con Henrini çox yaxşı tanıyıram: o, həm də Amerika idmanına böyük sərmayə qoyur və çempionatdan əvvəl bilir ki, mövsüm istənilən halda gəlir gətirəcək. Əsas odur ki, maaş həddi olsun.

- Bəs haradan başlamaq lazımdır?

- Bütün tərəflər eyni masada bir araya gəlməlidir: UEFA, FIFA, liqalar, oyunçular, agentlər. Biz məsələni emosiyasız müzakirə edib, hər kəsə uyğun gələ biləcək həll yolu tapmalıyıq. Mən Bosman işini və digər məhkəmə işlərini görmüşəm və bilirəm ki, məmurlar məhkəməyə müraciət etməyə tələsirlər: buna imkan vermək lazım deyil.

- Qarşıdurma artıq başlayıb?

- FIFA prezidenti Canni İnfantino ilə danışmışam və o, müzakirə açmağa hazırdır: onun üçün də hər kəsin orada olması və iştirak etməsi vacibdir. Əgər heç kim ayağını qazdan çəkməsə, futbol bu gedişlə divara dirənəcək.

- UEFA Millətlər Liqasında İtaliya və Almaniya dueli olacaq: "Squadra Azzurra" hələ də almanlarda qıcıq yaradır?

- Son Avropa çempionatına baxsaq, Almaniya İtaliyadan daha yaxşı çıxış etdi, bəlkə də evdə oynadığımız üçün. Qarşıdakı iki qarşılaşmada çox açıq oyun olacaq.

- Yeni Almaniya millisinin aparıcı simaları kimlərdir?

- İki oxşar qolçular - Virtz və Musiala. Düzdür, onlardan birincisi hazırda zədəli və cəzalıdır. Amma onlar təkcə Almaniyanın deyil, dünya futbolunun böyük istedadlarıdır.

- Gələcəkdə onları "Bavariya"da birlikdə görə biləcəyik?

- Ümid edirəm, belə olacaq. Virtz və "Bayer Leverkuzen"i inandırmaq bizim üçün böyük uğur olardı. O və Musiala alman futbolunun simvollarıdır və bizim fəlsəfəmiz həmişə ən yaxşı almanları "Bavariya"ya gətirmək olub.

- 1970-ci ildəki "İtaliya - Almaniya 4-3" matçını xatırlayırsınızmı?

- O vaxt 14 yaşım var idi, amma hakim fit çalanda artıq yatmışdım. Sonra atam məni oyatdı, çünki tarixi matç idi: sonda məyus olduq, amma dünya futbolunun ən gözəl axşamlarından biri idi.

- DÇ-1982-nin finalına, yoxsa Almaniyada keçirilən DÇ-2006-dakı uğursuzluğa görə daha çox məyus olmuşdunuz?

- Məndə əskik olan yeganə titul dünya çempionluğudur. İki finalda məğlub olmuşam: İtaliyaya uduzmağa layiq idik, amma Argentinaya qalib gələ bilərdik. 2006-cı ildə Almaniya 1974-cü ildə olduğu kimi evdə dünya çempionluğunu qazana biləcəyini düşünürdü, amma matçdan əvvəl demişdim ki, əgər bizi məğlub edə biləcək komanda varsa, o da İtaliyadır: o zaman da onlar buna layiq idilər.

- Bu, Frans Bekkenbauer və Cici Rivasız ilk İtaliya - Almaniya oyunu olacaq.

- Onlar futbolda özlərinə məxsus tərzləri olan iki bayraq idilər. Cicinin hələ də nə qədər sevildiyini keçən il Sardiniyada anladım. O və Bekkenbauer indiyədək insanların qəlbində yaşayırlar.

- Hansı italiyalı oyunçunu daha çox bəyənmisiniz?

- Pirloya həmişə pərəstiş etmişəm: onun kimi oyunu idarə edən olmayıb. Hazırda iki dünya çempionatını buraxdıqdan sonra sizdə aparıcı sima yoxdur: amma tez-tez tənqid olunsa belə, məncə, Donnarumma həmin oyunçu ola bilər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri