“Bavariya” rəsmisi “Nyukastl”a “axmaq” dedi
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge hücumçu Nik Voltemadenin “Ştutqart”dan “Nyukasl”a keçidini şərh edib.
Futbolpress.az xəbər verir ki, Rummenigge bildirib:
“İnsanların göstərişinə aldanmamalısınız, xüsusən də şvabiyalı maliyyəçilərə. Ona bu qədər pul ödəyən axmaqları (‘Nyukasl’) tapanları təbrik edirəm. Biz əlbəttə ki, bunu eləməzdik”.
Qeyd edək ki, yayda “Bayern” də Voltemadeni heyətinə qatmağa çalışmışdı. Amma 23 yaşlı forvard 85 milyon avro qarşılığında İngiltərə klubuna keçib. O, bu mövsüm Premyer Liqada 2 oyunda 2 qol vurub.

