Bavariya yayda türkiyəli futbolçunu heyətinə qatmağa çalışacaq
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində İspaniya təmsilçisi "Real"da çıxış edən Arda Güləri heyətinə qatmağa çalışacaq.
Bakıvaxtı.az "Fichajes"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 20 yaşlı oyunçunu yarımmüdafiə üçün əsas prioritet hesab edir.
Türkiyə millisinin üzvü Madrid klubunda az forma şansı əldə etdiyi üçün narazıdır. Paytaxt təmsilçisi uyğun təklif olacağı halda, onun satılacağını istisna etmir. "Real"ın istedadlı futbolçunu təxminən 50 milyon avroya buraxmağa hazır olacağı gözlənilir.
Qeyd edək ki, Arda Gülər cari mövsüm İspaniya nəhənginin heyətində meydanda olduğu 967 dəqiqə ərzində 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:Bavariya ingilis futbolçunu buraxmayacaq
28 Mart 2025 12:07
Bavariya bu futbolçunu göndərəcək
12 Noyabr 2024 20:52
“Bavariya” niderlandlı futbolçunu istəyir
10 İyul 2025 11:00
“Bavariya” gənc futbolçunu istəyir
17 Mart 2025 15:00
“Bavariya” Noyerin davamçısını heyətinə qatıb
28 Yanvar 2025 00:30
Baxış sayı:71
Bu xəbər 25 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















