Baxçalı geri qayıdır: Yaxın günlərdə...
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
MHP sədri Dövlət Baxçalı xəstəliyi səbəbindən bir müddətdir ekranlarda görünmür.
Turkustan.az xəbər verir ki, MHP-li İsmət Büyükataman Baxçalının sağlamlıq durumu ilə bağlı "İstirahət edir. Tezliklə işə başlayacaq" deyib. Eynilə, jurnalist Nazlı Çelik də Bahçeli ilə telefon danışığında “Ona yaxın günlərdə işə başlayacağını söylədi” dediyini bildirib. Bu açıqlamalara görə, Baxçalının gələn həftə qrup toplantısında olacağı gözlənilir.
Ürək xəstəliyinə görə əməliyyat olunan MHP sədri Dövlət Baxçalı bir müddətdir ki, evində dincəlir. Sonuncu dəfə yanvarın 28-də partiyasının qrup toplantısında açıqlama verən Baxçalı 9 həftədir ki, qrup toplantısı keçirə bilmir. Bu yaxınlarda Baxçalının aprel ayında keçiriləcək “Siyasət və Liderlik Məktəbi” təşkilatına qatılacağı bildirilmişdi. Ancaq Baxçalının gələn həftə qrup toplantısında olub-olmayacağı artıq maraq mövzusuna çevrilib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:120
Bu xəbər 03 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















