Baxçalıdan Öcalanla bağlı ŞOK AÇIQLAMA
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı müzakirələr davam edir.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK-nın ləğvi prosesi və İmralıda həbsdə olan Abdullah Öcalanın siyasi prosesdəki mümkün rolu barədə açıqlama verib.
O, “Siyasallaşma koordinasiyasına İmralıda olan şəxsin də haqqı var” ifadəsini işlədib.
“Cebheinfo.az” Haberler.com-a istinadən xəbər verir ki, Dövlət Baxçalı partiyasının Siyasət və Liderlik Məktəbinin 24-cü tədris ilinin açılış mərasimində jurnalistlərin suallarını cavablandırıb.
O, terrorla mübarizə, PKK-nın ləğvi prosesi və İmralıdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Dövlət Baxçalı “Terrorsuz Türkiyə” prosesinin artıq dövlət siyasətinə çevrildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətlər davam edir və prosesin qanunvericilik çərçivəsində həyata keçirilməsi üçün müəyyən komissiyaların yaradılması zəruridir:
“Bu ölkəni sevən hər kəs qardaşlıq ruhu ilə hərəkət etməlidir. MHP olaraq sözümüzün arxasındayıq. Geri dönüşümüz yoxdur. Siyasallaşma koordinasiyası İmralıda olan şəxsin də haqqıdır”.
MHP sədri ictimai müzakirələrə səbəb olan fond qalmaqalı ilə bağlı da danışıb.
O, Yeni Partiyanı hədəfə alan müzakirələr fonunda araşdırmalar başa çatmadan şəxslərin günahlandırılmasını düzgün hesab etmədiyini deyib:
“İddialar hüquqi müstəvidə araşdırılmalı, nəticələr gözlənilməlidir”.
Sədr hər hansı cinayət faktı təsdiqlənərsə, qanun çərçivəsində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:
“Bu məsələ gündəmə gələn kimi müxtəlif çevrələr fərqli şərhlər verir. Hüquqi araşdırma aparılmadan, məsələ yoxlanılmadan insanları ittiham etmək düzgün deyil. Bir qədər səbirli olmaqda fayda var.
Əgər cinayət varsa, müvafiq tədbirlər görülməlidir. Bu, ayrı məsələdir. Səbir edib gözləmək lazımdır. Parlament də, məhkəmə sistemi də fəaliyyət göstərir”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:91
Bu xəbər 10 Oktyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















