Qvardiola: İtaliyaya yox deməyə utandım
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyalı məşqçi Pep Qvardiola gələcəkdə milli komandalardan birinin baş məşqçisi olmaq istədiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis Braziliya futbolunun əfsanəsi Romarionun “Romario TV” proqramına müsahibəsində danışıb.
“Mançester Siti”nin sabiq baş məşqçisi növbəti hədəfinin milli komanda çalışdırmaq olduğunu bildirib:
“Məşqçi kimi növbəti hədəfim milli komandaya rəhbərlik etməkdir. Hələ hansı komanda olacağını bilmirəm. Hazırda istirahət edirəm və özümü yaxşı hiss edirəm. Yenidən məşqçiliyə qayıtsam, bu, öz istəyimlə və mənə ehtiyac duyan bir komandanın olması ilə bağlı olacaq”.
Qvardiola İtaliya millisindən təklif aldığını da ilk dəfə təsdiqləyib. Onun sözlərinə görə, İtaliya Futbol Federasiyası adından Paolo Maldini və Leonardo onunla əlaqə saxlayıblar:
“İtaliyaya ‘yox’ deməyə utandım. Belə bir ölkənin milli komandasını çalışdırmaq karyeramın ən böyük şərəflərindən biri olardı. Ancaq həmin vaxt dayanmağa ehtiyacım olduğunu anladım. İki il əvvəl müraciət etsəydilər, yəqin ki, təklifi qəbul edərdim.
Maldini və Leonardoya böyük hörmətim var. Amma 18 il ərzində demək olar ki, hər üç gündən bir oyun keçirmişəm. Elə məqam gəlir ki, insanın fasiləyə ehtiyacı olur”.
İspaniyalı mütəxəssis məşqçiliyə qayıdacağı vaxtın hələ məlum olmadığını da vurğulayıb:
“Düzünü desəm, nə vaxt qayıdacağımı bilmirəm. Hazırda hər şey qaydasındadır. Yenidən işləmək istəyim yaransa və mənimlə maraqlanan komanda olsa, qayıda bilərəm. Çox uzun illər ərzində həddindən artıq oyun keçirmişəm”.
Qvardiola müsahibədə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti barədə də danışıb:
“Ançelottini yaxşı tanıyıram. Onun komandalarına qarşı dəfələrlə oynamışam və məni çox məğlub edib. Möhtəşəm insandır. Onun məşqçilik bacarığına heç vaxt şübhə etmərəm. Milli komandada işləmək fərqlidir, çünki futbolçularla daha az vaxt keçirirsən. Ancaq o, buna uyğunlaşa biləcək mütəxəssisdir”.
Qeyd edək ki, Pep Qvardiola 2026-cı ilin yayında “Mançester Siti”dən ayrılıb. O, İngiltərə klubunu 10 il çalışdırıb, bu müddətdə altı dəfə Premyer Liqanın, üç dəfə İngiltərə Kubokunun və bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub. İspaniyalı mütəxəssis daha əvvəl “Barselona” və “Bavariya”nın da baş məşqçisi olub.
Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır” “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir” De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var” “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Noyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















