Icma.az
close
up
RU
Baxşıyev 8 oyunluq qələbə həsrətini Cavadovu yenməklə bitirdi

Baxşıyev 8 oyunluq qələbə həsrətini Cavadovu yenməklə bitirdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Araz-Naxçıvan - Sumqayıt 2:0 (1:0)
12. Kristian Avram - 6,5
5. Qara Qarayev - 6,0
(6. Vadim Abdullayev, 83) - qiymətsiz
34. Urfan Abbasov (k) - 6,0
2. Slavik Alxasov - 6,5
26. Ömər Buludov - 5,5
16. Ramon Maçado - 7,0
(7. Ülvi İsgəndərov, 78) - qiymətsiz
29. Vanderson Melo - 6,0
8. Karlos Jatoba - 6,5
4. İqor Ribeyro - 6,0
97. Felipe Santos - 6,0
10. Bernardo Dias - 5,0
(23. Nuno Rodriges, 62) - 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado
1. Mehdi Cənnətov - 5,5
14. Elvin Bədəlov (k) - 5,0
2. Sərtan Taşkın - 5,0
(75. Nadir Orucov, 78) - qiymətsiz
17. Murad Xaçayev - 5,5
8. Səbuhi Abdullazadə - 5,0
(99. Silvanus Nimeli, 46) - 4,5
20. Ayxan Süleymanlı - 5,0
(24. Sənan Muradlı, 46) - 5,0
19. Roy Kehat - 5,5
95. Miloş Miloviç - 5,5
23. Ronaldo Vaskes - 5,5
(77. Casurbek Caloliddinov, 70) - 5,0
60. Tresor Mossi - 5,0
9. Bobir Abdixolikov - 5,0
(11. Momo Yansane, 64) - 5,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
94. Rəşad Əzizli
6. Vüqar Mustafayev
7. Rövlan Muradov
41. Uğur Cahangirov
21. Nihad Əhmədzadə
5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
Qollar: R.Maçado, 21-p. (1:0). S.Nimeli, 66-öz qapısına (2:0).
Vərəqələr: A.Süleymanlı, 9 (qeyri-idman hərəkəti). M.Miloviç, 52 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
7 aprel. Bakı. “Liv Bona Dea Arena”. 400 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
"Turan Tovuz"un "Səbail"in meydanında xal itirməsi "Araz-Naxçıvan" üçün göydəndüşmə fürsət idi ki, dəyərləndirməkdən başqa yol görünmürdü. Axı "Sumqayıt"ı məğlub etməklə 8 oyuna çatan qələbə həsrətinə son qoymaqla yanaşı, üçüncü pillədəki mövqeyi möhkəmləndirmək vacib idi. Muxtar Respublika təmsilçisi məhz buna nail oldu.
Bəli, Elmar Baxşıyevin komandası son üç matçda uduzmayan "Sumqayıt"ı yenməklə avrokuboklara gedən yolunu hamarlaşdırdısa, "Turan Tovuz"un işini xeyli çətinə saldı. Əslində "qırmızı-ağlar" 10-cu dəqiqədə hesabı aça, qalan vaxtda daha böyülkhesablı qələbə qazana bilərdi. Axı Mehdi Slavikin qapıya zərbəsini zərərsizləşdirsə də, Ramonun meydanda qalan topu tora qovuşdurmasına mane ola bilmədi. Belədə meydan sahibləri qol sevinci yaşamağa başladı ki, oyundankənar vəziyyətin qeydə alınması keflərinə soğan doğradı.
Hər halda, 16-cı dəqiqədə növbəti dəfə irəli atılan naxçıvanlılar penalti sayəsində istəyinə çatdı. Penaltiyə Səbuhinin “sürüşmə” fəndi zamanı cərimə meydançası daxilindəki Jatobanın ayağına toxunub yerə yıxması səbəb oldu. Cavid Cəlilov əvvəlcə "qırmızı-ağlar"ın futbolçusunun özünü qəsdən yerə atdığını bildirib dərhal ayağa qalxmasını tələb etsə də, VAR-ın çağırışından sonra epizodu incələyib "nöqtə"ni göstərdi. Topun arxasına keçən Maçado 21-ci dəqiqədə komandasının ilk qolunu vurdu.
Fərqi artırmaq məqsədilə növbəti hücumları təşkil edən Muxtar Respublika təmsilçisi 27-ci dəqiqədə ələ düşən fürsəti boşa verdi. Dəqiq desək, Jatoba Santosun çatdırdığı topu tora qovuşdurmaq əvəzinə qeyri-dəqiq zərbə ilə yadda qaldı. Ardından "Sumqayıt"ın ilk təhlükəli vəziyyətinə şahidlik etdik. İndiyə qədər "Araz-Naxçıvan"ın təzyiqinə sinə gərməyə çalışan qonaqlar bu dəfə rəqibin üzərinə atıldı ki, Ronaldonun fərqlənmək istəyi yöndəmsiz zərbəylə müşayiət olundu.
"Kimyaçılar" 38-ci dəqiqədə daha bir şansı qaçırdı. Bu dəfə Kehat qapıçıyla təkbətəkdən qalib ayrıla bilmədi. Meydanda qalan topu Sərtan "çərçivə"dən keçirmək imkanına malik idi. Amma o da Slavikin anında müdaxiləsi üzündən topa toxunmaq imkanından məhrum oldu. Belədə meydan sahibləri fasiləyə 1:0 hesablı üstünlüklə yollandı. Naxçıvanlılar 2-ci hissədə daha fəal çıxışla rəqibini məyus etdi. Daha doğrusu, 65-ci dəqiqədə cərimə zərbəsini yerinə yetirən Qara "kürə"ni Ribeyroya çatdırdı. Cərimə meydançasınsa pusqu quran braziliyalı topu başla tora qovuşdurmaq istədi. İş orasındadı ki, burda komandasını qoldan xilas etmək məqsədilə başıyla "kürə"yə zərbə endirən Nimeli avtoqol müəllifi oldu.
85-ci dəqiqədə daha bir futbolçu başla zərbəylə fərqlənə bilərdi. Söhbət Miloşdan gedir ki, o, qeyri-dəqiq zərbəyə imza atdı. Ardınca Nimeli "günahını yumaq" fürsətini boşa verdi. Qapıçıyla təkbətək mübarizədən məğlub ayrılan liberiyalı komandasını növbəti dəfə məyus etdi. 88-ci dəqiqədəki şansı qaçıran isə Elvin oldu. Onun təxminən 30 metrdən qapıya daxil etmək istədiyi top tirin üstündən şütüdü.
Sonuncu təhlükəli vəziyyəti də "Sumqayıt"ın ifasında izlədik. Bu dəfə də baş rolda Nimeli idi ki, fərqlənmək cəhdi yenə qeyri-dəqiqlik üzündən alınmadı. Beləliklə, "Araz-Naxçıvan" 29-cu turun xoşbəxt komandaları sırasına qoşuldu. "Sumqayıt" isə növbəti uğursuz seriyaya qədəm qoymasa, yaxşıdı.
Gözdən qaçmadı
// Bu dəfə "Araz-Naxçıvan"ı əvvəlki ev oyunlarına nisbətən daha çox azarkeş dəstəklədi. "Sektor 85" də tribunada idi. Naxçıvanlılar stadiona qırmızı geyim və dövlət bayraqlarımız ilə gəlmişdi.
// "Sumqayıt"ın "Kimyaçılar" fanklubu sevimli komandaların səfərdə tək qoymadı. 
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri