Bayağı verilişlərə yenidən “YAŞIL İŞIQ”? KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir müddətdir verilişi bağlanan və efirlərdən uzaq düşən aparıcı Elgiz Əkbərin sosial şəbəkələrdə video görüntüləri yayılıb. Bu görüntülərdə onun yeni veriliş açmaq istədiyi və efirə qayıtmaq niyyəti görünür. Hətta bununla bağlı müzakirələr də aparılıb. Bəs bayağı verilişlərə görə efirlərdən uzaq salınan aparıcıların yenidən teleməkana qayıtması nə dərəcədə məntiqli və mümkündür?
Media eksperti Azər Həsrət KONKRET.az-a açıqlamasında bildirib ki, çox ağır cinayət törətmədiyi halda kimsəyə efirə çıxmağı qadağan etmək olmaz. Bu, həm də Elgiz Əkbərə aiddir:
“Onun tamaşaçısı deyiləm, amma mediada olan şəxs kimi fəaliyyətləri ilə tanışam. Açıq deyim ki, onun verilişlərini təqdir etmirəm və müxtəlif vaxtlarda tənqidi fikirlər səsləndirmişəm. Amma bu, o demək deyil ki, Elgiz Əkbər birdəfəlik efirlərdən qovulmalıdır. Normal, milli-mənəvi dəyərlərə uyğun bir verilişlə qayıdacaqsa, buna heç nə demək olmaz. Amma evlilik verilişi və sair olacaqsa, bu, ciddi narazılıq doğuracaq və heç bir televiziya kanalına hörmət qazandırmayacaq. Ucuz şou, saçyoldu və milli dəyərlərə zidd verilişlərlə efirlərdən evlərimizə soxulacaqlarsa, mən bunun əleyhinəyəm. Çünki bu, tamaçaçının intellektual səviyyəsini aşağı salır. Belə verilişlərin üzünə efir daim qapalı saxlanılmalıdır”, – deyə ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















