Icma.az
close
up
RU
Bayden gedən ərəfədə Ankaraya jest etdi Türkiyənin adı oradan çıxarıldı AzPolitika onlayn siyasi ictimai qəzet

Bayden gedən ərəfədə Ankaraya jest etdi Türkiyənin adı oradan çıxarıldı AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ 2019-cu ildə “Barış Pınarı Hərəkatı”nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müəddalar oradan çıxarılıb.

Baydenin bu addımı, bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib.

Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib:“Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur”.

Türkiyə KİV-ləri yazır ki, Baydenin yeni fərmanı ilə ABŞ, Suriya ilə bağlı siyasət qərarlarını cari şərtlərə uyğun olaraq yenidən tənzimlədi və Suriyada sülh, təhlükəsizlik, sabitlik və ərazi bütövlüyünü təhdid edən şəxslərə sanksiya tətbiq etmək hüququnu saxladığını qeyd etdi.

Qeyd edək ki, o dövrdə ABŞ prezidenti Trampın imzası ilə 14 oktyabr 2019-cu ildə yayımlanan prezident fərmanında Türkiyənin Suriyaya yönəlmiş “Barış Pınarı Hərəkatı”na görə sanksiyalar nəzərdə tutulmuşdu.

Bu çərçivədə ABŞ rəhbərliyi Türkiyənin Milli Müdafiə Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Milli Müdafiə Naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez və Daxili İşlər Naziri Süleyman Soyluya qarşı sanksiya qərarı almışdı. Hərəkatın başa çatmasının ardından Tramp, 23 oktyabr 2019-cu ildə bu sanksiyaların ləğv edilməsini tapşırmışdı.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri