Icma.az
close
up
RU
Bayden: Müharibə başlayandan Kiyevdə o yox, yalnız mən dayanmışdım

Bayden: Müharibə başlayandan Kiyevdə o yox, yalnız mən dayanmışdım

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

ABŞ prezidenti Co Bayden ABŞ Dövlət Departamentində xarici siyasət məsələləri ilə bağlı çıxış edib.

Onun çıxışı Ağ Evin rəsmi internet saytında canlı olaraq yayımlanıb.

Bayden səlahiyyətlərini seçilmiş prezident Donald Trampa təhvil verməzdən bir həftə əvvəl Dövlət Departamentində amerikalı diplomatlara müraciət edib və onun çıxışının mərkəzində Ukrayna, Yaxın Şərq və Çinlə əlaqələr olub.

Prezident bildirib ki, onun administrasiyası Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı təcili razılıq əldə etməyə çalışır.

Bayden, ABŞ-ın qlobal rəqabətdə qalib gəldiyini və əvvəllər proqnozlaşdırıldığı kimi iqtisadi cəhətdən Çini ötməyəcəyini, Rusiya və İranın isə ABŞ-nin birbaşa iştirak etmədiyi müharibələrdə zəiflədiyini deyib.

Bayden etiraf edib ki, avtoritar dövlətlər - Çin, İran, Şimali Koreya və Rusiya indi bir-biri ilə daha sıx birləşib. Lakin o, bunun həmin ölkələrin güclərindən daha çox zəiflikləri səbəbilə olduğunu qeyd edib.

“Putin Ukraynanı işğal edəndə düşünürdü ki, Kiyevi fəth etmək onun bir neçə gününü alacaq. Həqiqət budur ki, müharibə başlayandan Kiyevdə o yox, yalnız mən dayanmışdım”, - deyə Bayden bildirib.

Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını müdafiə edərək qeyd edib ki, Çin və Rusiya kimi rəqibləri, ABŞ-ni on il ərzində münaqişəyə cəlb etməkdən daha çox heç nə sevindirməyəcək.

Ölkə iqtisadiyyatına da toxunan Bayden bildirib ki, o, vəzifəyə başlayanda ekspertlər Çinin ABŞ üzərində qaçılmaz iqtisadi üstünlüyünü proqnozlaşdırıblar. İndi isə o düşünür ki, bu heç vaxt olmayacaq. O qeyd edib ki, ABŞ iqtisadiyyatı irəliləyir, lakin hələ görüləsi çox iş var.

Çıxışı zamanı Bayden Qəzzada dərhal atəşkəsin və girovların daha çox humanitar yardımla geri qaytarılmasının vacibliyini vurğulayıb ki, bu da razılaşmaya əsasən hərbi əməliyyatların dayandırılması sayəsində mümkün olacaq.

APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Yanvar 2025 06:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri