Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Azərbaycan kinosu: dünən necə baxırdıq, bu gün necə baxırıq...

Azərbaycan kinosu: dünən necə baxırdıq, bu gün necə baxırıq...

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kino... Dörd hərf, sadə bir söz, lakin dünyalar, həyatlar, talelər, hadisələr, acılar, şirinlər sığan bir ifadə. Yarandığı gündən insanların ən sevdiyi əyləncəsi, seyr etmək üçün saatlarını verdikləri, kilometrlərlə yol qət etdikləri kino. Müasir dövrümüzdə kəndlərimizdə kinoteatr və təbii ki, kinoya gedənlər olmadığı, şəhərlərimizdə isə buna çox az dərəcədə təsadüf etdiyimiz bir vaxtda xəyalən o dövrlərə gedərək ən ucqar kəndlərimizdə belə insanların kino marağını, sevgisini xatırlamağın yerinə düşəcəyini düşündük...

Bir vaxtlar vardı, kəndlərə kino gələndə insanların sevincinin həddi-hüdudu olmurdu. Adətən kəndin mərkəzində, hər kəsin yolu düşən bir yerdə, əsasən mağazanın yanında afişa asırdılar. Buradan da bütün evlərə xəbər yayılırdı ki, kəndə kino gəlib. Kəndlərimizin zəhmətkeş insanları isə işlərini axşamçağınadək yekunlaşdırmağı, axşam kinoya getməyi planlaşdırırdı.

Yəqin bunu çoxları xatırlayar ki, kəndlərimizdə kinoya getmək, film izləmək nə qədər maraqlı olurdu. Biz o vaxtlar uşaq idik. Kəndə-nənə-babamızın yanına gedəndə həmin kinoların qonağı olmuşduq. Və elə buna görə də çox gözəl təəssüratlar bu gün də yaddaşımızın bir küncündə qalmaqdadır.

Elə ki, axşam oldu, yollanırdıq kinoya baxmağa. Baxırdıq ki, ətrafdakı insanlardan kimi əlində stul, kimi döşəkcə aparır. O vaxtlar kəndlərimizdə çox da böyük olmayan klublar vardı. Mədəniyyət klubları deyirdilər onlara. Həmin klubda film də nümayiş etdirilirdi. Həmin kinolar yay fəsillərində daha maraqlı olurdu. Biz yayda kənddə çox olduğumuz üçün bunun şahidi olmuşduq. Klubdakı oturacaqlar dolandan sonra qarşıda camaat döşəkcələrini yerə sərib üstündə əyləşirdi. İki sıra olan oturacaqların arasına da evlərdən gətirilən stullar düzülürdü. Daha sonra isə qapılar açıq qoyulurdu, ona görə ki, klubda özünə yer tapa bilməyənlər də film izləyə bilsinlər. Onlar ya stullarını qoyub, ya da döşəkcələrini yerə sərib üstündə əyləşir və oradan filmi izləyirdilər.

İçəridə o qədər sakitlik olurdu ki, insanların nəfəsləri duyulurdu. Camaat o qədər maraqla izləyirdi ki, onlara qoşulan biz uşaqlar da filmin nə zaman başlayıb, nə zaman bitdiyinin fərqində olmurduq. Bir də baxırdıq ki, film bitib. Lakin bu qədər gözəl, mehribanlıq şəraitində keçən anların bitməsini əsla arzulamırdıq.

Lakin film başladığı kimi, bitməli idi də. Bitəndən sonra hər kəs öz qonşusu, qohumu ilə birlikdə evə yollanırdı və yolboyu o qədər maraqlı müzakirələr aparılırdı ki, sanki yeni bir filmi də yolda izləyirdik.

Film izləyir, inşa yazırdıq

İllər ötürdü, biz isə böyüyürdük. O zamanlar yaşadığımız şəhər, qəsəbələrimizdə onsuz da kinoteatrlara yollanırdıq. Fimlərə baxırdıq. Bizi ya məktəbdən müəllimlərimiz, ya da valideynlərimiz kinoya aparırdı. Bir-birindən maraqlı filmlər izləyirdik. Səhəri gün ədəbiyyat müəllimimiz həmin film haqqında inşa yazmağı da bizə tapşırırdı. Biz də yazırdıq, filmə, filmin ssenarisinə, aktyorlara, hadisələrə münasibət bildirirdik. Bütün bunların əhatəsində böyüyür, dünyagörüşümüzü formalaşdırırdıq.

Bəzən oxuduğumuz əsərlərin ssenarisi əsasında çəkilən filmlərə tamaşa edirdik. Bunlar bizim üçün daha maraqlı olurdu. Sanki kitabdakı hərflərin sözlərə çevrilib yaratdığı qiyabi mənzərələr birdən-birə gözlərimiz önündə əyaniləşir, obrazları həyatımıza gətirir və onların yaşadığı talelərlə bizi bir daha tanış edirdi. Bəzən olurdu ki, kinolardan elə təəssüratla ayrılırdıq ki, həftələrlə özümüzə gələ bilmirdik. Hadisələr bizi öz əsarəti ağuşuna alıb haradan haraya aparırdı. Bəzən filmlərdəki talelərdə öz həyatımızı görürdük, onu özümüzə daha yaxın hiss edirdik. Bəzən həyatımızdakı bir hadisənin cavabını məhz filmlərdə tapırdıq. Biz doğru hərəkət etməyi, qərar verməyi baxdığımız filmlərdən öyrənirdik. Bəzən, yox həmin filmdəki kimi etsək, daha yaxşı olar, deyib, planlaşdırdığımız addımdan vaz keçir, eynilə baxdığımız filmdəki kimi hərəkət etməklə heç də səhv etmədiyimizi təsdiq edirdik.

Necə ki, oxuduğumuz onlarla, yüzlərlə kitab bizi kamilləşdirir, həyatın sirrini-sözünü, düzgün seçimi, düzgün qərar verməyi, yaxşını pisdən ayırmağı, hansı addımın doğru, hansının yanlış olduğunu öyrədirdi, eləcə də baxdığımız onlarla film də həyatımızda eyni funksiyada idi.

Filmlər getdi, seriallar gəldi

Elə ki, 1990-cı illər arxada qaldı, qarşıdakı illərdə həyatımıza yavaş-yavaş internet, smartfon telefonlar daxil oldu, biz də yavaş-yavaş kinoteatrlardan, klublardan uzaqlaşmağa başladıq. Evlərimizə doğru geri çəkildik. Ta o evlərdən çıxıb film izləmək üçün yol getmədik, buna vaxt ayırmadıq. Başladıq internetdən, telefonlardan film izləməyə. Lakin bu, kinoteatrlarda geniş ekranlarda izlədiyimiz filmlər keyfiyyətdə oldumu? Xeyr, olmadı. Həm də öz kinomuz getdi, yerinə dünyanın hər yerindən olan filmlər gəldi.

Yeni dünyamıza yeni filmlər qədəm qoydu. Teleseriallar yarandı. Aylarla, illərlə bitməyən seriallar. Həmin seriallar artıq neçə-neçə onilliklərdir ki, bizləri özünə bağlayıb. Biz olmuşuq həmin serialların aludəsi, bəzi hallarda isə xəstəsi. Onlarla mövsümə başlayıb, onlarla mövsümü tamamlayırıq. Dikilirik televizorların qarşısına, saatlarla mentalitetimizə, adət-ənənələrimizə, yaşam tərzimizə uyğun olmayan serialları izləmək üçün.

Daha sonra yeni-yeni film proqramları ortaya çıxdı. Başladıq həmin proqramlar vasitəsilə filmlər izləməyə. Baxdıq ki, bu filmlər biz baxdığımız filmlərdən çox fərqlidir. Bu filmlərdə dəhşətlər, vəhşətlər gördük, söyüşlər eşitdik. Bir canlının həyatına qıyıb, əsla narahat olmayan insanları gördük. Həyatımıza, cəmiyyətimizə heç uyğun olmayan mənzərələrlə qarşılaşdıq. Bir vaxtlar ailəliklə film seyr etdiyimiz təqdirdə, bunun artıq əsla mümkün olmadığını dərk etdik. Nəticədə uşaqları bizimlə birlikdə film seyr etməkdən uzaqlaşdırdıq. Belə olanda isə uşaqlarımız daha dəhşətli filmlər izləməyə başladılar. İnternet klublarında dava-dalaş, vuruşma, ölüm, dəhşət və vəhşət dolu filmlər təqdim olundu övladlarımıza. Uşaqlarımız da həmin filmləri izləmək üçün min bir həvəslə internet klublara yollandılar. Aludəçiyə çevrildilər. Biz də uşaqları evlərimizə yığmaq üçün gedib həmin filmlərin diskini alıb evə gətirdik və gözümüzün qarşısında “baxın”,- dedik. Ta demədik ki, bu uşaq nəyə baxır, niyə baxır?..

Öz filmlərimiz evlərdən uzaq düşdü

Yeni dünyamızda əslində nə uşaqlarımız, nə də özümüz yaşadığımız həyata uyğun olmayan filmlərə baxmağa başladıq. Öz ölkəmizin istehsal etdiyi filmlər artıq evlərimizdən, telefonlarımızdan uzaq düşdü. Hə, nə olar, adam tək öz filmlərinə baxmaz ki, xarici filmlərə də baxmaq, oxuduğumuz kitablardakı kimi dünya ölkələri ilə də tanış olmaq gərəkdir. Lakin biz bu gərəklilərdən çox gərəksizlərə qapımızı açdıq. Ayağımız kinoteatrlardan kəsildi. Evimizdə oturub dünyanın bütün ölkələrinin filmlərini izləməyə başladıq. Valideyn bir tərəfdə, uşaq bir tərəfdə... Bir də başımızı qaldırıb ətrafa, dünənə baxanda itirdiklərimizin çox olduğunu gördük. Lakin artıq çox gec idi.

İndi nümunə üçün gedib məktəblərimizdə bir sorğu keçirsək, sual etsək ki, kim axırıncı dəfə hansı Azərbaycan filmini izləyib, bu suala neçə şagird və hansı şəkildə cavab verəcək, bu, aydındır. Bu gün yetişməkdə olan gənc nəslin əksəriyyəti filmlərimizi seyr etməyiblər. Adlarını da bilmirlər. Bəzi intellektual yarışmalar var ki, orada filmlərimizdən göstərilən bir parçanın hansı filmə aid olduğunu iştirakçıların heç biri bilmir. Bu, o deməkdir ki, artıq gənc nəsil filmlərimizdən xəbərsizdir. O qədər gözəl ənənələr, adətlər, mental və ailə dəyərlərini özündə yaşadan filmlərdən çox uzaqdadırlar.

Bütün bunlar üçün isə onlar deyil, biz günahkarıq. Onların böyükləri- ata-anaları olan bizlər. Çünki biz vaxt ayırıb uşaqlarımızla birlikdə bu filmləri izləməmişik. Bunun əvəzinə tanış olmadığımız adətlər çərçivəsinə uyğun film disklərini alıb uşaqlarımıza verib onların bu filmləri izləməsinə səbəb olmuşuq. Sabahısı gün tərbiyələrində bir problem ortaya çıxanda isə, “bu uşaq gedib kimə oxşadı?”, “bu nə üçün belə hərəkət edir?”,- deyə onları tənbeh eləməyə başlayırıq. Ancaq düşünmək istəmirik ki, övladımıza nə etmişiksə, özümüz etmişik.

Beləliklə, internetdən düzgün yararlana bilməməyimiz, kinoteatrlardan ayağımızı kəsməyimiz, evimizdən filmlərimizi uzaqlaşdırmağımız qarşımızda yeni bir dövr açır. Bu dövrdə itmiş adət-ənənələrimiz, cəmiyyətimizə xas olmayan əlamətlər, uzun illərdən bəri xalqın qoruyub saxladığı dəyərlərdən başqa hər şey görünür. Düşünəndə isə deyə biləcəyimiz tək bir söz var: təəssüf.

Həqiqətən də təəssüf...

Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

Biz bu gün Azərbaycan kinosunu hansı dərəcədə seyr edirik? Bəli, yetişməyimizdə, formalaşmağımızda böyük əhəmiyyətə malik olan kinolarımızı illər öncədən artıq arxivlərə atmışıq. Heç ölkəmizin telekanalları da əvvəlki illərdəki qədər filmlərimizə yer ayırmırlar. İndi telekanallarımızada hind, türk, rus və sair film günləri mövcuddur ki, həmin günlərin məlum saatlarında həmin filmləri seyr etmək olar.

Sadəcə xatirə

Orta yaş qrupunda olan insanlarsa o illəri hələ də xatırlamaqdadır. Həm şəhərlərimizdə kinoteatrlara üz tutub filmləri izlədiyimiz günləri, həm rayon mərkəzlərindəki kinoteatrlarda acgözlüklə seyr etdiyimiz filmləri. Uşaqlığımızdan xatırə qalan “Kəndə kino gəlib!”lə yaşadığımız gözəl anlar isə əsla unudulmayan anlardır. O anlardır ki, bu gün övladlarımıza ondan söhbət açanda sanki maraqlı bir film izləyirmişlər kimi bizi dinləyirlər. Belə isə, deməli, onların filmlərimizi izləməməsində biz özümüz günahkarıq.

Kinolarımızı izləyən, o gözəl, səmimi mühitə şahid olan insanlar vaxt gələcək ki, həyatda olmayacaq. Kəndlərimizin də, evlərimizin də kinolu, filmli günləri o xatirələrdə heç olmayıbmış kimi torpağa gömüləcək. Buna çox təəssüf edirəm.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri