Icma.az
close
up
RU
Bayden vida çıxışında Putini hədəf aldı: “Kiyevin mərkəzində o yox, mən dayanmışdım”

Bayden vida çıxışında Putini hədəf aldı: “Kiyevin mərkəzində o yox, mən dayanmışdım”

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Putin Ukraynanı işğala başlayanda düşünürdü ki, bir neçə gün ərzində Kiyevi ələ keçirəcək”

Ağ Evi tərk etməzdən əvvəl ABŞ Prezidenti Co Bayden xarici siyasətlə bağlı vida çıxışı edib. Çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin istehzalı şərhinin hədəfinə çevrilib.

“Putin Ukraynanı işğala başlayanda düşünürdü ki, bir neçə gün ərzində Kiyevi ələ keçirəcək. Əslində müharibə başlayandan Kiyevin mərkəzində o yox, mən dayanmışdım. Putin orada deyildi. Amerika qoşunlarının nəzarətində olmayan hərbi zonaya səfər edən yeganə Ali Baş Komandan mənəm”, - ABŞ Prezidenti vurğulayıb.

Bayden çıxışında Ukrayna məsələsinə çox diqqət ayırıb. Onun sözlərinə görə, məqsədi özünü Rusiyanın təcavüzündən qoruyan Ukraynaya beynəlxalq dəstəyi təşkil etmək və nüvə münaqişəsinin qarşısını almaq olub: "Biz hər iki tapşırığı yerinə yetirdik. Biz gələcək administrasiyanın Ukrayna xalqının parlaq gələcəyini qoruya bilməsi üçün yardım etməsinin təməlini qoymuşuq”.

Bayden əsas nailiyyətləri sırasına NATO-nun genişlənməsi və möhkəmlənməsi, Ukraynaya dəstəyi və ABŞ-da yarımkeçirici istehsalına irimiqyaslı investisiyaların qoyulmasını sadalayıb ki, bu da onun fikrincə, Çinlə rəqabətdə ABŞ-ın mövqeyini gücləndirəcək: “Amerika gücləndi, ittifaqlarımız gücləndi, düşmənlərimiz və rəqiblərimiz zəiflədi. Və biz bu nəticələrə nail olmaq üçün müharibə etmədik".

O, Ağ Evdən güclü mövqe ilə ayrıldığını bildirib: “Amerika yenidən dünya lideri oldu”.

Co Baydenin çıxışından bir neçə saat sonra yeni seçilmiş Prezident Donald Tramp televiziyaya verdiyi müsahibədə vəzifəsini tərk edən Baydenin xarici siyasəti barədə fərqli fikir səsləndirib: “Dörd dəhşətli il keçdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri