Bayden Sandunu belə təbrik etdi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Co Bayden Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Ağ Ev ABŞ liderinin həmin bəyanatını yayıb.
“Bazar günü Moldova xalqı seçki məntəqələrinə getdi və prezident Sandunun təhlükəsiz, firavan və demokratik ölkə vizyonuna səs verdi”,- bəyanatda qeyd olunub.
Baydenin sözlərinə görə, Moldova vətəndaşları referendumda ölkənin Avropa İttifaqına daxil olmaq istəklərini təsbit edən Konstitusiyaya düzəlişi dəstəklədikdən iki həftə sonra Sandunu yenidən seçiblər.
Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu baş tutub. Seçkidə ölkənin hazırkı Prezidenti Maya Sandu 55,33 faiz səslə qalib gəlib. Onun rəqibi, ölkənin keçmiş Baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.
Bizim.Media
Baxış sayı:145
Bu xəbər 04 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















