Icma.az
close
up
RU
Bayden Sandunu təbrik etdi

Bayden Sandunu təbrik etdi

xəbər verir ki, Ağ Ev ABŞ liderinin həmin bəyanatını yayıb.
“Bazar günü Moldova xalqı seçki məntəqələrinə getdi və prezident Sandunun təhlükəsiz, firavan və demokratik ölkə vizyonuna səs verdi”,- bəyanatda qeyd olunub.
Baydenin sözlərinə görə, Moldova vətəndaşları referendumda ölkənin Avropa İttifaqına daxil olmaq istəklərini təsbit edən Konstitusiyaya düzəlişi dəstəklədikdən iki həftə sonra Sandunu yenidən seçiblər.
Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu baş tutub. Seçkidə ölkənin hazırkı Prezidenti Maya Sandu 55,33 faiz səslə qalib gəlib. Onun rəqibi, ölkənin keçmiş Baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.
seeBaxış sayı:87
embedMənbə:https://azvision.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri