Icma.az
close
up
RU
Baydenin son “gedişi”...

Baydenin son “gedişi”...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna - Rusiya müharibəsi nüvə fazasına keçəcəkmi?

Siyasi hakimiyyətinin son akkordlarını yaşayan ABŞ prezidenti Co Bayden qlobal qarşıdurmaların genişlənməsində maraqlı olan persona kimi yadda qalmaq istəyir. Bunu, 3 ilə yaxındır ki, davam edən Ukrayna-Rusiya müharibəsinin daha faciəvi mərhələyə daşıması üçün Baydenin verdiyi qərarlar da “təsdiqləyir”. Ağ Evi 2 aydan sonra yeni sahibinə təhvil verəcək Bayden Mərkəzi Avropada müharibənin həm miqyasının, həm də xarakterinin dəyişməsinə xidmət göstərəcək qərarlar qəbul edir, qlobal qarşıdurmanı daha təhlükəli mərhələyə yönəldir. Məsələn, Bayden administrasiyasının Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım paketi hazırlamsı bunu təsdiqləyir. Xatırladaq ki, bu barədə xəbəri noyabrın 27-də Vaşinqtonda adı açıqlanmayan iki məmura istinadən “Reuters” agentliyi yayıb. Bildirilib ki, yeni paketə əsasən ABŞ müxtəlif tank əleyhinə qurğular, minalar, dronlar, “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər və HIMARS MLRS üçün döyüş sursatını Kiyevə təslim etmək fikrindədir. “Reuters” qeyd edib ki, yeni yardım paketinin məzmunu və miqdarı hələ təsdiqlənməyib, yaxın günlərdə hətta genişlənə də bilər.

Baydenin Trampa “mirası”...

Qərb siyasi ekspertləri Baydenin bu addımını fərqli istiqamətlərlə izah edirlər. Kiyevə yeni yardım göstərməklə Baydenin Trampa qlobal müharibə mirası qoymaq istədiyi fikrini də arqumentli sayan siyasi ekspertlər demokratların yanvardan sonraya “plan” qurduqlarını da istisna etmirlər. Belə ki, Bayden administrasiyası yanvardan sonra Ukrayna müharibəsi ilə bağlı Trampın proqramından xəbərdardır - bu baxımdan, onların maksimum qarşıdurma yaratmaqla vəziyyəti çıxılmaz hala gətirmək istədikləri bildirilir. Vurğulayaq ki, hələ seçki kampaniyası zamanı Tramp Kiyevə hərbi yardımın ayrılması şərtlərini tənqid etmişdi və Keyt Kelloqu Ukraynadakı müharibənin sülh yolu ilə həlli üzrə xüsusi nümayəndəsi təyin etmişdi. Media Kelloqu müharibənin tez bir zamanda dayandırması üçün Trampa təqdim edilmiş planın müəlliflərindən biri adlandırır - planın əsas mahiyyəti isə ondan ibarətdir ki, Vaşinqton Moskva ilə danışıqlara başlamayacağı təqdirdə Kiyevi hərbi yardımdan imtina etməklə hədələyəcək.

Baydenin “B” planı...

Qərb mətbuatı noyabrın 25-də Baydenin gizli şəkildə ABŞ Konqresinə Ukraynaya daha 24 milyard dollar hərbi yardım ayırmağı təklif etməsi ilə bağlı xəbər hələ tam dəqiqləşdirilməsə də, nəşrlər Konqresin təşəbbüsü təsdiqləmə ehtimalını aşağı qiymətləndirir. Bu baxımdan Baydenin “B” planına müraciət edəcəyi də istisna olunmur. Belə ki, postunu təhvil verməyə hazırlaşan dövlət başçısı  fərqli təsnifatlarla, xüsusilə “sülh” və “humanitar yardım” pərdəsi altında Ukraynaya milyardlarla dolların ayrılmasına nail olmaq niyyətindədir. Siyasi mütəxəssislərin fikrincə, Bayden bu plana hələ aylar əvvəl qərar verib - belə ki, bu ilin yayında ABŞ-ın Ukraynaya enerji sektoru, humanitar ehtiyaclar və vətəndaş təhlükəsizliyi üçün 1,5 milyard dollardan çox vəsait verəcəyi bəyan edilmişdi. Dəstək üçün isə vəsaitin Beynəlxalq İnkişaf Agentliyi və Dövlət Departamenti vasitəsilə yönəldiləcəyi bildirilirdi. İlkin mərhələdə 500 milyon dollar, sonradan isə yerdə qalan miqdarın ödənilməsi nəzərdə tutulurdu. Ağ Ev bununla bağlı bəyanatında bildirirdi ki, bu maliyyə müharibə zamanı itirilmiş enerji infrastrukturunu bərpa etməyə yönləndiriləcək. Bundan başqa, qaçqınlara dəstək üçün 379 milyon, Ukrayna sərhədçiləri və hüquq-mühafizə orqanları üçün isə 300 milyon vəsaitin ayrılması planlaşdırılırdı.

Bir neçə gün öncə isə “Sülh” layihəsi çərçivəsində Ukraynanın ABŞ-dan 4,8 milyard dollar aldığı da məlum olub. Vəsaitin islahatların həyata keçirilməsinə, eləcə də ölkənin bərpasına dəstək məqsədilə xərclənəcəyi bildirilir.

Amerikalı kəşfiyyatçıdan xəbərdarlıq...

Baydenin dünyanı qlobal müharibəyə sürükləməsi isə ABŞ-ın daxilində də etirazlarla müşaiyət olunur. ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalında bildirib ki, Co Baydenin administrasiyası nüvə müharibəsini alovlandırmaq istəməyən Amerika vətəndaşlarının səsini eşitmir. Onun sözlərinə görə, Bayden “məhdud nüvə mübadiləsi” kimi bir şeyin olduğunu düşünürsə, ciddi şəkildə yanılır. O qeyd edib ki, amerikalılar hakimiyyətə “hamının zərərinə” belə bir siyasətin “qəbuledilməz” olduğunu göstərməli, təzyiq göstərməlidir. “Nüvə silahı buraxıldıqdan 72 dəqiqə sonra nəzarətdən çıxacaq və ilk partlayış olacaq. Beləliklə, hamımız öldük”, -deyə  Ritter xəbərdarlıq etdi.

Xatırladaq ki, prezident seçkiləri dövründə də öz çıxışlarında Bayden administrasiyasının dünyanı nüvə müharibəsinə daşıdığını bildirən Ritter xəbərdarlıq edib: “Bayden Donald Trampın andiçmə mərasimindən əvvəl nüvə müharibəsinə başlaya bilər”.

Rusiya zərbələrini davam etdirəcək...

Rusiya isə Ukraynanın ABŞ-ın təhrik etdiyi raket hücumlarını cavabsız qoymayacaq. Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının iclasında bildirib ki, hazırda Rusiyanın Müdafiə Nazirliyi Baş Qərargahla birlikdə orta mənzilli “Oreşnik” raketinin Ukrayna ərazisinə endirilməsi üçün yeni hədəflər seçir. “Baş Qərargah və Rusiya Müdafiə Nazirliyi yeni hədəflər seçir və Ukrayna ərazisində ən son “Oreşnik” silahları ilə növbəti zərbəyə hazırlaşır. Rusiya “Oreşnik”dən düşmənin təcavüzkar hərəkətlərinə qarşı istifadə etməyə davam edəcək”, - deyən Putin əlavə edib ki, yeni orta mənzilli silahların analoqu yoxdur və müasir hava hücumundan müdafiə sistemləri onları izləyə bilmir. Putin Rusiyanın başqa seçimi olmadığını və “Oreşnik”dən istifadə etməyə məcbur qaldığını da söyləyib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see423

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see305

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see244

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see207

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see205

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see198

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see184

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see170

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see168

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see161

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see154

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri