Icma.az
close
up
RU
Baydenin yanlış seçdiyi bu siyasət onun üçün uğur gətirmədi ŞƏRH EDİLDİ

Baydenin yanlış seçdiyi bu siyasət onun üçün uğur gətirmədi ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yarımçıq layihə əsasında olsa da, Azərbaycan-Ermənistan sülh sazişinin COP29 ərəfəsində imzalanmasında ən maraqlı şəxslərdən biri Bayden idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Bayden burada Amerika dövlətinin mənafelərindən daha çox özünün şəxsi hakimiyyət marağını düşünürdü: "Çünki Azərbaycan dövlətinə COP29 müstəvisində təzyiq göstərmək planını həyata keçirirdi. Biz COP29-la bağlı Qərb dairələrinin və Amerikanın prezidentinin Azərbaycan barədə hansı niyyətlərdə olduğunu bilirik. Eyni zamanda COP vasitəsilə Azərbaycana təzyiq göstərərək yarımçıq vəziyyətdə olsa da, sülh sazişinin imzalanmasına ölkəmizi vadar etmək istəyirdi. Birinci növbədə Baydeni düşündürən onun seçki prosesində erməni diasporunun mənafelərini düşünmək idi. Bu yolla seçki prosesində erməni diasporunun və lobbisinin daha aktiv dəstəyini almaq istəyirdi. Çünki onlar da maraqlı idilər ki, Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin əsasında Azərbaycan sülhə getməli olsun".Onun sözlərinə görə, burada ikinci amil Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişini imzalamaqdan ibarət idi: "Baydenin əsas mənafelərindən biri də sülh sazişininin yarımçıq vəziyyətdə imzalanması ilə gələcək üçün münaqişənin yeni bir mərhələsinə baza saxlamaqdan ibarət idi. Hamı bilir ki, sülh sazişinin o cür yarımçıq vəziyyətdə imzalanması bölgəyə tam uzun müddətli sülh gətirə bilməzdi. Ya onun arxasınca yarımçıq məsələlər də həll olunmalı idi, ya da bunun sonu yeni bir gərginlik idi. Nəzərə alsaq ki, Ermənistan digər qalan məsələlərlə bağlı Azərbaycanla razılığa gəlmək istəmir. Yarımçıq vəziyyətdə imzalanmış sülh sazişinin 100 faiz ehtimalla demək mümkündür ki, gələcək yeni münaqişənin bazası olacağı şübhəsiz idi. Buna görə də, Bayden yarımçıq sülh sazişinin Azərbaycan tərəfindən imzalanmasında maraqlı idi və təzyiq göstərirdi. Digər tərəfdən Bayden yarımçıq sülh sazişinin imzalanmasına nail olmaqla münaqişənin gələcək mərhələlərində bizim bölgədəki proseslərə daha aktiv müdaxilə üçün şərait və imkan saxlamağa çalışırdı. Buna görə də, Ermənistanın təklif etdiyi sülh sazişinin yarımçıq vəziyyətdə imzalanmasında maraqlı idi və buna görə Azərbaycana təzyiqlər göstərirdi. Təsadüfi deyil ki, COP-dan əvvəl həm Azərbaycan, həm də Ermənistanın dövlət başçılarına göstərdiyi eyni məzmunlu məktublarda da Bayden bu niyyətlərini açıq-aşkar büruzə verirdi. Çünki açıq şəkildə Azərbaycanı sülh sazişinin razılaşmamış maddələri üzərində açıq kompromislərə səsləyirdi. Hansı ki, bu kompromislər Azərbaycan üçün prinsipial məsələlərdir. Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsi olmadan sülh sazişinə getməyi sadəcə mümkünsüz hesab edir. Amma Bayden Azərbaycanı bu məsələyə hətta konstitusiya dəyişikliyi olmadan belə getməyə vadar etmək istəyirdi. İstəyirdi ki, konstitusiya dəyişikliyi olmadan da Azərbaycan Ermənistanla sülh sazişi imzalasın. Amma dəqiq və doğru seçilməmiş siyasətin Bayden üçün sonda məğlubiyyət olacağı əvvəldən görünürdü.Təəssüf ki, Bayden bunu görmürdü. Sonda da təsdiqləndi ki, Baydenin yanlış seçdiyi bu siyasət onun üçün uğur gətirmədi. Onun ən böyük səhvi isə Azərbaycanı və Ermənistanı Azərbaycanın mənafərinin ziddinə yarımçıq sülh sazişinin imzalanmasına məcbur etmək idi. Sonda Bayden həm Prezident kürsüsünü itirdi, həm də bölgədə gedən proseslərə daha aktiv müdaxilə imkanlarını əldən verdi".

Müəllif: Söylü Ağazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri