Icma.az
close
up
RU
Bayer 04 Ten Haqın ilk oyununda gənclər önündə rüsvay oldu

Bayer 04 Ten Haqın ilk oyununda gənclər önündə rüsvay oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xabi Alonso dönəmindən sonra Erik ten Haqı baş məşqçi postuna gətirən ''Bayer-04'' bu mütəxəssis ilə ilk yoxlama oyununda şok bir fiasko ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Braziliyada toplanışda olan Leverkuzen təmsilçisi Rio de Janeyroda ''Flamenqo'' ilə üz-üzə gəlib və 1:5 hesabı ilə darmadağın olub. Özü də söhbət ''Flamenqo''nun əsas yox, U-20 komandasından gedir!
2024-cü ildə bundesliqa çempionu olmuş komanda braziliyalı gənclərdən artıq ilk yarıda 4 cavabsız qol buraxdı. Düzdü, ədalət naminə deyək ki, ''aspirinlər'' heç də ideal heyətlə oynamırdılar. İlk ''11-lik''də yalnız Flekken, Hofmann, Artur, Adli və Bonifeysi əsas oyunçu saymaq olardı. Digərləri futbol ictimaiyyətinə tanış deyildi. Ten Haqın qapıçı Flekken ilə Bonifası artıq 36-cı dəqiqədə əvəzləməsi diqqət çəkdi.
İkinci hissədə Caka, Frimponq kimi isimlər də meydana çıxdı. Komandanın yeganə qolunu 17 yaşlı vinger Montrell Kalbret vurdu. Xatırladaq ki, daha öncə ''Mançester Yunayted''də uğursuzluğa düçar olan Ten Haq yeni işinə iyulun 1-dən başlayıb. Təcrübəli məşqçi futbol dünyasını şoka salan bu nəticəni belə şərh etdi:

''Çox bərbad nəticədi. Amma düzünü desəm, yoxlama oyunlarında nəticə məni qətiyyən maraqlandırmır. Sözsüz ki, bizim kimi səviyyəli komanda bu cür hesabla uduzmamalıdı. Mənim üçün heç bir oyunçumuzun zədə almaması nəticədən daha önəmli idi. Oyunun zamanı da düzgün seçilməmişdi. Daha gec saatlarda oynaya bilərdik''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri