MEDİA könüllüləri AnewZ beynəlxalq televiziya kanalı ilə tanış olublar
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"MEDİA könüllüləri" proqramının iştirakçıları "AnewZ" beynəlxalq televiziya kanalı ilə tanış olublar.
525.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Məlumata görə, MEDİA könüllülərinə "AnewZ" kanalının redaksiyaları, studiyaları, yayım otaqları və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan artıq ölkəyə yayımlanan kanal peyk, rəqəmsal platformalar və sosial media vasitəsilə geniş auditoriyaya çıxış imkanı yaradır. Eyni zamanda qeyd edilib ki, kanalın yaradıcı heyətində müxtəlif ölkələrdən media sahəsində zəngin təcrübəyə malik peşəkar jurnalistlər yer alır.
Könüllülərə xəbər otağında gündəlik efir hazırlığı, montaj prosesi, süni intellekt texnologiyaları ilə xəbər istehsalı və sosial media üçün kontentin yaradılması prosesi haqqında ətraflı izah verilərək nümunələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















