Bayern Münhen yayda bu futbolçularını satmaq istəyir
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Bayern Münhen" cari mövsümün sonunda üç futbolçusunu satmaq haqda düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.
Xəbərə görə, Münhen təmsilçisi Leroy Zane, Kinqsli Koman və Serj Qnabri ilə vidalaşmağa hazırdır. Mənbə Almaniya nəhənginin vəziyyətdən asılı olaraq yayda bu vingerlərdən ən azı birini və ya ikisini satacağını vurğulayıb. Sözügedən futbolçuların ümumi maaşlarının məbləğinin 60 milyon avro olduğu və klub idarəçilərinin əməkhaqqılara xərclənən pulları azaltmağı hədəflədikləri bildirilib.
Qeyd edək ki, 10 oyuna 26 xal toplayan "Bayern" hazırda Bundesliqanın turnir cədvəlinə başçılıq edir.
Nihat
Baxış sayı:86
Bu xəbər 13 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















