Icma.az
close
up
RU
Bayram ərəfəsində ən çox hansı məhsulların bahalaşdığı məlum oldu

Bayram ərəfəsində ən çox hansı məhsulların bahalaşdığı məlum oldu

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Novruz bayramına sayılı günlər qalıb və bazarlarda quru meyvə və çərəzlərə tələbat artıb. Bu məhsulların qiymətləri çeşidinə və keyfiyyətinə görə dəyişir.

BAKU.WS-in məlumatına görə, hazırda bazarlarda qoz 5-10 manat, fındıq 5-8 manat, iydə 7 manat, innab 9-15 manat, xurma 15 manat, püstə 25-29 manat, qoz ləpəsi 16 manat, fındıq ləpəsi 15-17 manat, badam isə 22-26 manat arasında dəyişir.

Meyvə-tərəvəzlərdə isə qiymətlər belə dəyişir: alma 1.50-2.50 manat, armud 3-5.30 manat, protağal 1.80-3.70 manat, mandarin 2.30-3.80 manat, banan 3-3.50 manat.

Qiymət fərqləri məhsulun mənşəyi, keyfiyyəti və bazarlardakı təklif-tələb balansı ilə bağlıdır. Məsələn, iri və yağlı qozlar daha baha satılır, fındıq ləpəsinin qiyməti isə bölgədən asılı olaraq dəyişir. Eyni zamanda, xaricdən gətirilən püstə və badam yerli məhsullarla müqayisədə daha yüksək qiymətə təklif olunur.

Alıcılar bayram ərəfəsində qiymət artımını nəzərə alaraq alışlarını vaxtında etməyə üstünlük verirlər. Satıcılar isə tələbə uyğun olaraq müxtəlif keyfiyyətdə və qiymətdə məhsullar təqdim edirlər. 

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda qiymətlərdə 4 faiz  atrımlar müşahidə olunur:

"Novruz bayramı ərəfəsində ərzaq qiymətlərində inflyasiya davam edir. Bu, sırf Novruz bayramı ilə əlaqədar deyil. Yanvar-fevral aylarında da bu artım meşadiə edilib.

Xüsusən də meyvə-tərəvəz qiymətlərindəki artımları görürük. Meyvə-tərəvəz qiymətləri artmaqda davam edir. Hər ay ötən aya nisbətdə demək olar ki, 4 faiz artım müşahidə olunur. Bu vəziyyət son iki ayda belə davam edir. 

Eyni zamanda çərəzlərdə də qiymət artımı müşahidə olunur və bu proses sürətlə davam edir. Ümumiyyətlə cari ilin fevral ayında ən yüksək bahalaşma qoz, fındıq və çərəz məhsulları ilə yanaşı, çörək, makaron, kolbasa məmulatları, uşaq qidası, quru süd qarışığı, kərə, günəbaxan, qarğıdalı yağlrı, limon, portağal, narıngi, alma, armud, heyva, kələm, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan və kartofda qeydə alınıb".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri