Bayram qonaqlığı FACİƏ ilə bitdi TƏFƏRRÜAT VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, hadisə martın 22-də, saat 21 radələrində rayonun Fətəlikənd kəndində yerləşən kafelərin birinin qarşısında baş verib.
Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov qohumu, 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Mərhumun qardaşı Baku TV-yə bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub:
"Axşam saatlarında aralarında mübahisə oldu. Mən də orada idim, onları araladım. Sonra Rizvan evinə getdi, biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə üç bıçaq zərbəsi vurub həyatına son qoydu".
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 Mart 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















