Bayram şənliyi Leyla və Arzu Əliyeva ilə daha rəngarəng oldu FOTO
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Şaxta Baba və Qar Qızın iştirakı ilə keçirilən proqramda uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edərək müxtəlif bədii kompozisiyalarla bayram sevincini bölüşüblər. Leyla Əliyeva və Arzu Əliyeva mərkəzin sosial-psixoloji mühiti və reabilitasiya xidmətləri ilə tanış olub, uşaqlarla səmimi ünsiyyət qurublar.
Komitənin sədri Bahar Muradova bildirib ki, “Tut Əlimdən” Mərkəzi valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların sosial adaptasiyası, reabilitasiyası və cəmiyyətə inteqrasiyasını təmin edir. Mərkəzin əsas prioritetləri uşaqların psixososial rifahını gücləndirmək və onların gələcək müstəqil həyata hazırlanmasını təmin etməkdir.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub. Leyla və Arzu Əliyevalar “AzərEnerji” ASC tərəfindən hədiyyə edilən avtomaşına da baxış keçirərək, onun mərkəzin fəaliyyətinə töhfəsini vurğulayıblar.
Yekunda belə mərkəzlərin fəaliyyətinin gücləndirilməsi və şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















