Icma.az
close
up
RU
Türk ulduzlarının milyonluq sərvəti Siyahı

Türk ulduzlarının milyonluq sərvəti Siyahı

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar.

Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat) sərvətlə ilk sırada yer alıb. Serenay Sarıkayanın 186 milyon lirə (təxminən 6 milyon manat), Hande Erçelin isə 250 milyon lirə (təxminən 9 milyon manat) sərvətə sahib olduğu iddia edilir. Həmçinin Handenin  sosial şəbəkədə bir paylaşım üçün təxminən 1,5 milyon lirə (təxminən 51 min manat) qazandığı bildirilib.

Müğənnilər arasında isə İbrahim Tatlısesin təxminən 100 milyon dollar (təxminən 170 milyon manat) sərvətə sahib olduğu irəli sürülüb. 74 yaşlı sənətçinin Kuşadasında hoteli, İstanbulda restoranları və televiziya kanalları, Bodrumda altı villası, eləcə də doğulduğu Şanlıurfada çoxsaylı evləri olduğu iddia edilib.

Müğənni Ajda Pekkanın sərvətinin 70 milyon dollar (təxminən 119 milyon manat) olduğu açıqlanıb. Onun Bahçeköydə malikanəsi, Leventdə və Bodrumda isə lüks villaları var.

Həyatını İtaliyada davam etdirən aktyor Can Yamanın sərvətinin 300 milyon lirə (təxminən 10 milyon manat) olduğu deyilib.

İfaçı Sibel Canın Mayami, London və Monakoda evlərinin olduğu, ümumi sərvətinin isə təxminən 70 milyon dollar (təxminən 119 milyon manat) təşkil etdiyi söylənilib.

Müğənni Bülent Ərsoyun da təxminən 70 milyon dollar (təxminən 119 milyon manat) sərvətə sahib olduğu iddia olunur. Onun 500 min dollar dəyərində xəz kolleksiyası ilə yanaşı, İstanbulda 28 mənzili və dörd villası olduğu bildirilir. Məlumata görə, sənətçi tikinti maşınlarını tikinti şirkətlərinə icarəyə verir, Fəthiyə və Fənərbaxçada saunalara, eləcə də geniş zərgərlik kolleksiyasına sahibdir.

Qazancını daşınmaz əmlaka yatırdığı deyilən Yıldız Tilbenin İzmirdə 50 hektar torpaq sahəsi, üç mənzili və bir ferması var. İfaçının İstanbulda da üç mənzilinin olduğu iddialar arasında yer alıb.

İnvestisiyaları ilə gündəmə gələn digər məşhur Hülya Avşardır. İddialara əsasən, onun Sarıyerdə malikanəsi, Tarabyada dəbdəbəli evi, Riva və Ayvalıkda torpaq sahələri var. Ayvalıkda evinin də olduğu bildirilən sənətçinin daşınmaz əmlak yatırımları ilə yanaşı, zeytun yağı istehsalı və geyim sektorunda fəaliyyət göstərdiyi, Londonda da mülkünün olduğu qeyd edilib.

Serenay Sarıkayanın isə İstanbul və Antalyada evləri, Çanaqqalada ferması olduğu məlumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://axsam.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri