Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19 dan gücləndirilmiş iş rejimində çalışır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
525.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının saytı və mobil tətbiqindən alınan bilet 3 faiz (ATB kartları) keşbek qazandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















