Uitkoff: ABŞ “Avropa üçlüyü” və Ukrayna ilə Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna nümayəndələri telefon danışığı zamanı Kiyev üçün təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff X hesabında yazıb.
Onun sözlərinə görə, “Avropa sülh prosesi çərçivəsində atılacaq növbəti addımların müzakirəsi məqsədilə” adıçəkilən ölkələrin nümayəndələrinin iştirakı ilə məhsuldar telefon danışığı baş tutub.
Uitkoff əlavə edib ki, məsləhətləşmələr zamanı tərəflər xüsusilə təhlükəsizlik zəmanətlərinin möhkəmləndirilməsi və müharibənin dayandırılmasına, eləcə də onun yenidən alovlanmasının qarşısının alınmasına xidmət edəcək münaqişələrin qarşısının alınması mexanizmlərinin hazırlanması məsələlərinə diqqət yetiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















