Icma.az
close
up
RU
Bayramovun səfər trayektoriyasında GİZLİ MESAJ

Bayramovun səfər trayektoriyasında GİZLİ MESAJ

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, regionda geosiyasi proseslərin yeni istiqamətlər aldığı bir vaxtda Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik gediş diqqət çəkir. Xarici işlər naziri Ceyhun Bayramovun əvvəl Rusiyaya, ardınca isə Ukraynaya səfəri Bakının hər iki ölkə ilə münasibətlərini qoruyaraq öz milli maraqları çərçivəsində müstəqil və balanslı diplomatik xətt yürütməsinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Moderator.az bildirir ki, mövzu ilə bağlı Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu Musavat.com-a danışıb:

"Azərbaycan beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri kimi daim beynəlxalq hüququ, ədaləti və sülhü üstün tutub. Amma bu, sadəcə nəzəri platformada qiymətləndiriləcək hadisə deyil. Azərbaycan həm də sülh naminə müharibə apararaq sülhü əldə edib. Ukrayna hazırda Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığını yaşayır. Ukraynanın ərazisi qonşu ölkə tərəfindən işğal edilib. Azərbaycanın da ərazisi Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan uzun illərdən sonra ərazi bütövlüyünü bərpa edib, işğalla barışmayıb və Prezident İlham Əliyev Ukraynaya həm də bunu tövsiyə edib ki, işğalla heç vaxt barışmayın. Yəni qələbənin yolunun nə qədər mürəkkəb, nə qədər çətin, amma nə qədər də mümkün olduğunu Azərbaycan öz təcrübəsində sübut edib. Ukraynanın da belə bir təcrübəyə ehtiyacı var".

Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Ukrayna tərəfindən yüksək qiymətləndirilir:

"Buna görə də Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyi həm Ukrayna tərəfindən yüksək qiymətləndirilir, həm də digər başqa ölkələr bu mövqe qarşısında əks-arqument qoya bilmirlər. Çünki bu mövqe ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".

Hikmət Babaoğlu Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərinin olmasını da mühüm amil kimi dəyərləndirib:

"Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var və bu münasibətlər, əlbəttə ki, Ukrayna müharibəsinin sülhlə bitməsi üçün Azərbaycan təcrübəsinin də üstünə gələrək mümkün potensial formalaşdırır. Amma bu, məsələlərin hamısı deyil. Ukrayna xalqı ilə Azərbaycan xalqının tarixdən bəri gələn ortaq dəyərləri, ortaq etnik kökləri var. Mən düşünürəm ki, bu mühüm faktorlar həm də Ukrayna və Azərbaycan üçün ortaq, birgə gələcək vəd edir. Çünki Ukrayna çox böyük ölkədir və Şərqi Avropanın vaxtilə ən inkişaf etmiş ölkələrindən biri olub – hərbi sənayedə, kənd təsərrüfatında, aqrar sənayedə. Hazırda isə bunlar dağılıb. Əlbəttə, müharibə gec-tez bitəcək və Ukraynada yenidənqurma mərhələsi başlayacaq ki, Azərbaycan burada da yaxından iştirak edəcək. Çünki Azərbaycan dağıdılmış torpaqları necə bərpa etmək təcrübəsinə də malikdir. Buna görə də mən düşünürəm ki, Azərbaycan məhz sülh üçün çalışdığı üçün hər iki tərəfin təqdirini qazanır. Bu, nəticə etibarilə doğrudan da sülhə kömək edəcək".

H.Babaoğlu Azərbaycanın son diplomatik addımlarının da diqqətlə izlənilməli olduğunu bildirib. O, xüsusilə xarici işlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət çəkərək, son hadisələr arasında müəyyən məntiqi əlaqənin olduğunu qeyd edib:

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət çəksək, burada müəyyən elementlər görəcəyik. Çünki Şuşada Azərbaycan Prezidentinin media nümayəndələri ilə görüşündən sonra verdiyi mesajlar və orada Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual verilərkən "Əgər məndən soruşularsa, mən öz mövqeyimi bildirərəm" deməsi, bundan sonra Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi və nəhayət, xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya səfəri. Əlbəttə, bunların arasında hipotetik olaraq məntiqi əlaqə qurmaq olar və düşünürəm ki, bu, regional sülh üçün hətta real fürsətə çevrilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri