Ukraynanın “Starshield”ə çıxışı bərpa olunur
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rütte Ukraynanın “Starshield” sisteminə tam çıxışının bərpası istiqamətində iş aparıldığını bildirib.
Gununesi.info xəbər verir ki, o, bu barədə alyansın mənzil-qərargahında Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Rüttenin sözlərinə görə, aidiyyəti tərəflər Ukraynanın sistemə çıxışının mümkün qədər tez bərpa olunması üçün bütün imkanlardan istifadə edirlər.
“Ukraynanın ‘Starshield’ sisteminə çıxışının mümkün qədər tez bərpa edilməsi üçün əlimizdən gələni edirik”, – NATO rəhbəri bildirib.
Bununla belə, Rütte məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağını açıqlamayıb.
O, Ukraynanın sistemə çıxışının məhdudlaşdırılmasına kimin görə məsuliyyət daşıdığı barədə suala da cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Noyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















