Bayraq Günü münasibətilə Bakıda hərbi orkestrin yürüşü keçirilir
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.
Turkustan.az xəbər verir ki, hərbi qulluqçular 11:00-dan başlayaraq yürüşə başlayıblar.
Saat 13:00-dək davam edəcək yürüş aşağıdakı marşrutlar üzrə təşkil olunub:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı;
- Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - Çəmbərəkənd parkı - "İçərişəhər" metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli;
- Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - "28 Mall" Ticarət mərkəzi;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı.
Qeyd edək ki, bu gün Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib./APA


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















