Icma.az
close
up
RU
Bayraq sevdalı igid

Bayraq sevdalı igid

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 noyabr, AZƏRTAC

...2020-ci il noyabrın 9-u idi. Xocavənd rayonu ərazisindəki 601 və 436 metr hündürlükdə yerləşən yüksəkliklərin cənubundakı “Qızılqaya” adlı yerdə şiddətli döyüş gedirdi. Həmin döyüş zamanı yarımqrupun tərkibində hücum əməliyyatını yerinə yetirərkən düşmən hərbçilərinin atdığı mərmilərin partlaması nəticəsində Fəqan ağır yaralandı. Cəcur döyüşçünü aldığı ölümcül yaradan xilas etmək mümkün olmadı.

Vətən müharibəsinin möhtəşəm Zəfərlə bitməsinə 6 saat qalırdı...

Fəqan uğrunda şəhid olduğu Qarabağ torpağının erməni işğalçılarından tam azad edildiyini görə bilmədi, o, doğulduğu rayonun Babı kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı.

AZƏRTAC xəbər verir ki, Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olsa da, əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. İbtidai təhsilini doğma rayonunun Babı kənd tam orta məktəbində alsa da, Sumqayıtda yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin məzunu olub. O, Hərbi Dəniz Qüvvələrində hərbi xidmət keçib. 2018-ci ilin martından dekabrınadək “N” saylı hərbi hissənin nəzdindəki Xüsusi Təyinatlı Kəşfiyyat kursuna daxil olub. Kursu birincilik dərəcəsi ilə bitirərək kiçik miçman rütbəsi alıb. 2019-cu ilin martından Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Həmin xidmət dövründə kəşfiyyatçı kimi “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” adlanan təlim kurslarını da bitirib.

Hərbi xidmətdə olarkən Aprel döyüşlərinin iştirakçısı olub. 2016-cı il aprelin ilk günlərində baş verən həmin döyüş zamanı Ermənistan ordusunun yenilməz hesab etdiyi “Ohanyan xətti” 40 dəqiqə ərzində darmadağın edilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları döyüşə cəbhənin Goranboy istiqamətindən başlayıblar. İki gün sonra onlar hərbi tapşırığa uyğun olaraq Füzuli - Cəbrayıl istiqamətində döyüşü davam etdiriblər. Həmin günlərdə yaralandığı üçün hospitala göndərilən Fəqanın müalicəsi başa çatmamış müharibə bitib. 2017-ci ilin yanvarında müddətli həqiqi hərbi xidmətini başa vurandan doqquz ay sonra Hərbi Dəniz Qüvvələrinin müddətli hərbi qulluqçusu olub.

2020-ci il sentyabrın 27-də Fəqan ikinci dəfə qanlı döyüşlərə girib. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına qoşulub. Onun döyüşçüsü olduğu Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi işğaldan azad edilib. Fəqan oktyabrın 11-də Cəbrayıl rayonunun Soltanlı kəndi ətrafında gedən döyüşlərdə ayağından ağır yaralanıb. Əvvəlcə Füzuli və Beyləqanda, sonra isə Hacıqabulda xəstəxanaya yerləşdirilib. Müalicə ilə bağlı ona məzuniyyət verilib. Lakin o, məzuniyyətdən imtina edərək, döyüş meydanına qayıdıb. Fəqan Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin alınmasında şücaəti ilə fərqlənib. Xüsusi Təyinatlı Qüvvələrin iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad olunub. Onun sonrakı cəbhə yolu Qubadlının və ətraf kəndlərin azad edilməsi uğrundakı döyüşlərdən keçib.

Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşən Amil kişinin ailəsində böyüyən Fəqanın böyük qardaşı Nicat da hərbçidir. O, uzun müddət Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edib, Aprel döyüşlərində yaralanıb. Vətən müharibəsində isə Füzuli rayonunun Merdinli kəndində ermənilərin snayper atəşindən yaralanıb. Qardaşının ardınca gedən Fəqan subay idi. Onun ən böyük arzularından biri torpaqlarımızı azad, Vətənimizi bütöv görmək idi. Həmin arzuya doğru da çox böyük ürək və cəsarətlə gedirdi. Heyf ki, namərd düşmən gülləsi arzusuna çatmağa bir neçə saat qalmış onun Vətən üçün döyünən ürəyini dayandırdı...

Qəhrəmanın atası Amil Zalov deyir:”Tale elə gətirmişdi ki, o, öz kəndimizdə deyil, məcburi köçkünlük illərində, Sabirabadda doğulmuşdu. Lakin onda ata yurdunu görməyə böyük həvəs var idi. Cəbrayılın Əmirvarlı kəndinin yaxınlığında gedən döyüşlərdə dizindən qəlpə yarası almışdı. Lakin yarasını müalicə etdirmək, sağalmaq əvəzinə döyüşə qayıtmağa can atırdı. Hərbi hospitalda həkimlər onun geri qayıtmasına icazə vermirdilər. Amma onun ürəyi ön xətdə, döyüş yoldaşlarının yanında idi. Məzuniyyət verilsə də, cəmi iki gün evdə qala bildi, vaxtından qabaq döyüş zonasına qayıtdı. Fəqan Vətəni, torpağı, bayrağı çox sevirdi. Yaxasına bayraq nişanı taxmışdı, qoluna içində Azərbaycan Bayrağının şəkli olan saat taxmışdı. Bayrağımızın ən uca nöqtələrdə dalğalanmasını arzulayırdı. Yoldaşları deyirlər ki, son döyüşdə ən yüksək zirvəyə qalxmaq istəyəndə gülləyə tuş gəlib”.

Fəqanın bacısı Gültəkin Mehrəliyeva onun mübariz keyfiyyətlərə malik olduğunu deyir: ”Yoldaşları şiddətli döyüşlərin birində onların sursatlarının qurtardığını bildirirlər. Həmin vaxt vəziyyətin çıxılmaz olduğunu görən Fəqan azad etdikləri erməni postuna qədər sürünüb, onların mövqeyindən xeyli silah-sursat götürərək, sürünə-sürünə də geri qayıdıb. Onunla bir mövqedə olanlar Fəqanın belə qəhrəmanlıqları haqqında çox danışırlar. Onlar qardaşımın göz qırpmadan, həyəcan keçirmədən güllə qabağına getdiyini deyirlər. O, həm də yoldaşlarına ürək-dirək verir, onları ruhlandırırmış. Belə cəsur qardaşımın olduğuna görə qürur duyuram”.

Fəqan Zalov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Horadiz şəhərindəki 3 nömrəli tam orta məktəbə Fəqan Zalovun adı verilib. Füzuli rayonunda 7 nömrəli tam orta məktəbin 1 sinfi onun adını daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see277

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see233

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see208

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri