Bazar ərazisində iri tikinti: Gediş gəliş çətinləşib VİDEO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.
Oxu.Az bildirir ki, "Xəzər" TV-yə müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur.
Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər.
Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.
"Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 31 May 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















