Icma.az
close
up
RU
Bazara sintetik almazlar çıxarılacaq

Bazara sintetik almazlar çıxarılacaq

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünyada almazın qiyməti düşə bilər. Çünki yeni texnologiyanın köməyi ilə əsl brilyant daşları laboratoriyada cəmi 15 dəqiqəyə hazırlamaq mümkün olacaq.
Reyting.az
-ın məlumatına görə, alimlər otaq temperaturunda və normal atmosfer təzyiqində süni, lakin tamamilə təbii görünüşə malik olan bahalı almaz hazırlanması metodunu yaratmaqla, yeni uğura imza atıblar. Müasir dünya elmində ilk olan bu cür yenilik, həm də inqilabi bir yanaşma sintez proseslərini sadələşdirib sürətləndirməklə, başlanğıc hesab edilən təbii kristaldan istifadə ehtiyacını aradan qaldıracaq.
Tipik olaraq, almaz kristalları həddindən artıq temperatur, həmçinin təzyiqin təsiri altında yer mantiyasında, təxminən 140-240 kilometr dərinlikdə əmələ gəlir. Sonradan vulkan püskürmələri onları səthə yaxınlaşdırır, daha sonra almazlar kimberlit və yaxud da allüvial çöküntülər kimi qayalarda tapılır.
Laboratoriyada belə şərtləri simulyasiya etmək üçün yüksək təzyiq və temperatur üsulu istifadə olunur, lakin o, resurs tələb edir və miqyası da çox məhduddur. Kimyəvi buxarçökdürmə kimi alternativ üsullarla bu problemlərin bəzilərinin qarşısını tez almaq olur, lakin yenə başlanğıc almazın varlığına əsaslanır.

Cənubi Koreyada fəaliyyət göstərən Əsas Tədqiqatlar İnstitutunda alim Rodney Ruoffun rəhbərlik etdiyi bir qrup tərəfindən hazırlanmış yeni texnika artıq bu məhdudiyyətləri aradan qaldırır. Almazları sintez etmək üçün onları xüsusi yaradılmış kameraya yerləşdirir, daha sonra isə çox az miqdarda silikon ilə qızdırılan qalliumun qarışığından istifadə olunur. Aparılan yeni təcrübə göstərir ki, qalium, nikel, həmçinin dəmirin optimal birləşməsi almazların bir neçə saat ərzində formalaşmasına imkan verir.
Ancaq alimlərin vədlərinə baxmayaraq, bu metodun hələ də məhdudiyyətləri var. Yaradılan almazlar kiçik formada olur və zərgərlik üçün uyğun deyil. Lakin alimlər bildirir ki, qazma, cilalama alətləri kimi çox böyük fayda verməklə, proseslər zamanı müasir texnoloji tətbiqlərə yararlı ola bilər. Onlar bu yeni, həmçinin çətin prosesin genişləndirilə biləcəyini və yaxın gələcəkdə onun kommersiya baxımından cəlbediciliyini təklif edirlər.
Hazırda dünya bazarında təkliflərin çoxluğu sintetik daşların istehsalını gücləndirə bilər.
Mütəxəssislər proseslə bağlı kiçik izah da veriblər. Alimlər bildiriblər ki, almazların otaq temperaturunda, həm də tamamilə normal təzyiqdə yaradılması üsullarının işlənib hazırlanması bu prosesi getdikcə sürətləndirəcək. Hətta almaz təchizatı çoxalacaq və nəticədə dünya almaz bazarında yaranmış yeni rəqabətlə bərabər sintetik almazlar açıq satış üçün əlavə təzyiq yaradacaq.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri