Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Bazarda yerli limon tapılmır: Qiyməti cib yandırır

Bazarda yerli limon tapılmır: Qiyməti cib yandırır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər ölkəmizdə limonun qiyməti artıb. 

İstər paytaxtda, istərsə də bölgələrdə limon əvvəlki aylarla müqayisədə kəskin bahalaşıb.Əgər bir müddət əvvəl bu sitrus meyvəsi pərakəndə satışda 80-90 qəpiyə təklif olunurdusa, indi bəzi marketlərdə bir ədəd limonun qiyməti 1-1,50 manat arasında dəyişir.

Kiloqramla satışda da artım müşahidə olunur, indi paytaxt Bakının bazar və marketlərində bir kiloqram limon ortalama 6-7 manat arasında təklif edilir.

Məhz hər evdə istehlak edilən bu məhsul Azərbaycanın subtropik rayonlarında, xüsusilə də Lənkəran, Astarada daha çox yetişdirilir.

Bu gün isə paytaxtda demək olar ki, yerli məhsul tapılmır, marketlərdə ancaq idxal məhsulları üstünlük təşkil edir. Keyfiyyətinə gəldikdə, yerli limon, idxal məhsullarından daha üstündür.

Maraqlıdır, Azərbaycan limon istehsalçısı olduğu halda niyə bu gün bazarlarda limon tapılmır və idxal qiymətləri isə bu qədər yüksəkdir?  

Məsələ ilə bağlı Liveral İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda limon payızda yetişir və artıq yay fəslidir, ötənilki yerli limon tamamilə bitib:

“Adətən mart-aprel aylarına qədər yerli limon qurtarır. İstehsal həcmi o qədər böyük deyil ki, ilboyu limon yerli tələbatı ödəsin. Xaricdən, xüsusilə də Türkiyədən idxal edilir ki, orada da ötən il şaxtalar oldu və məhsuldarlığı aşağı saldı.

Saxlama kameralarındakı limonların sayı azdır. Konkret olaraq hazırkı bahaçılıq qıtlıqla əlaqədardır. İki aydan sonra builki yeni limon bəhər verəcək. Marketdəki, bazardakı bütün qıtlıq limon ehtiyatlarının tükənməsi ilə bağlıdır. Ehtiyatı anbarlarda saxlamaq mümkündür.
Bizim anbarlaşdırdığımız məhsul yay gəlmədən tükənir. Ancaq istehsalı genişləndirmək potensialı var. 

Azərbaycanda sitrus meyvələrinin istehsalının genişləndirilməsi istiqamətində proqram qəbul olundu. Həmin proqram 2028-2025-ci illəri əhatə etdi. Maksimum istehsal həcmi 2025-ci ildə 75 min tona çatdı. Ancaq hədəf 100 min ton idi. Həmin hədəfə çata bilmədik.

Orada məxsusi olaraq limon istehsalı nəzərdə tutulmamışdı. Proqramda ümumilikdə sitrus meyvələrinin istehsalı nəzərdə tutulurdu. Növbəti illərdə yeni dövlət proqramı qəbul ediləcək və istehsal genişləndiriləcək.

Yerli istehsal olan limon tələbatın təxminən 40 faizini ödəyir, 60 faiz xaricdən idxal olunur”.

Onun sözlərinə görə, fermerlərin də bazara çıxış imkanları çox məhduddur:

“Yerlərdə limonun birini 10 qəpiyə alıb, gətirib Bakıda 50 qəpiyə satırlar. Yəni fermer 10 qəpik, gətirib bazarda satan isə 40 qəpik gəlir əldə edir. Biz bütün kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində cəhdlər edir, dövlət proqramları qəbul edirik.

Ancaq həmin məhsulların bazara çıxarılması ilə bağlı məsələlərin həlli Dövlət Proqramlarından kənarda qalır. Bakı kimi böyük şəhərin cəmi bir “Meyvəli” kimi topdansatış bazarı var. Əslində 3-4 ədəd belə bazar olmalıdır.

Həmin bazarları hökumət təşkil etsə, daha yaxşı olar. Orada giriş-çıxış “Meyvəli”dəki kimi baha başa gəlməməlidir. Fermer üçün məhsulunu gətirib Bakıda satmaq ona sərf eləmir, imkanı yoxdur.

Hökumət fermerə imkan yaratmalıdır ki, əgər o hər hansı məhsulu yetişdirirsə, bir kommersiya qurumu da olsun və həmin məhsulların satışını təşkil etsin. Kommersiya qurumları da həmin məhsulları Bakıya gətirib əhaliyə asanlıqla çatdıra bilsin.

Belə olduqda fermer yetişdirdiyi məhsuldan mənfəət götürə bilər. Əslində Azərbaycanda fermerlər nadir hallarda mənfəət götürə bilir. Fermer təsərrüfatları da pərakəndədir. 

Torpaqların birləşdirilməsi, kooperativlərdə birləşdirilib, məhsul götürüb, həmin kooperativin də kommersiya şöbəsini yaratmaq, yəni fermer üçün həm məhsulu istehsal edib həm satmaq daha səmərəli olar.

O halda fermer daha çox mənfəət götürər. Həm də istehlakçı olan şəhər əhalisi də qazanacaq. Təəssüflər olsun ki, hökumət məsələnin bu hissəsinə diqqət yetirmir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: limon Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri