Icma.az
close
up
RU
Bazarlarda yeni bahalaşma dalğası: Səbəb nədir? KONKRET

Bazarlarda yeni bahalaşma dalğası: Səbəb nədir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur. Bahalaşmanın qeyri-sabit hava şəraiti ilə əlaqələndirilməsi ilə bağlı müxtəlif fikirlər səslənsə də, ekspertlər hesab edirlər ki, qiymət artımının əsas səbəbi mövsümi amillərdən daha çox iqtisadi proseslərlə bağlıdır.

Bəs mövcud bahalaşmaya nə təsir edir və bu tendensiya nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qiymət artımlarını əsasən hava şəraiti ilə əlaqələndirmək düzgün deyil.

Xalid Kərimli

Onun sözlərinə görə, ölkədə müşahidə edilən inflyasiya prosesləri kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksəlməsinə səbəb olur.

“Hazırda havalar normal keçir. Qiymət artımının əsas səbəbi hava şəraiti deyil. Ölkədə inflyasiya davam edir. Tarif (qiymət) Şurasının qərarları ilə demək olar ki, hər il yanacaq qiymətləri artır. Bunun nəticəsində daşınma və emal xərcləri də yüksəlir. Eyni zamanda kənd təsərrüfatında məhsuldarlıq ciddi şəkildə artmır, yəni əvvəlki illərlə müqayisədə daha çox məhsul istehsal olunmur. Nəticədə istehsal xərclərinin yüksəlməsi qiymətlərə də öz təsirini göstərir”, – deyə iqtisadçı qeyd edib.

X.Kərimli əlavə edib ki, bəzi məhsul növlərində qiymət artımı daha nəzərəçarpan olsa da, ümumilikdə kənd təsərrüfatı məhsullarında qeyri-adi bahalaşma müşahidə edilmir.

“Bu, hər il müşahidə olunan iqtisadi amillərin nəticəsidir. İnflyasiya və istehsal xərclərinin artması fonunda qiymət artımlarının gələn il də davam etməsi gözlənilir”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri