Icma.az
close
up
RU
Bazarlarımızı xarici kartof bürüyüb Yerli istehsal problemi

Bazarlarımızı xarici kartof bürüyüb Yerli istehsal problemi

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Bu günlərdə 47 min ton yararsız İran kartofu məhv edilib; mütəxəssislər daxili tələbatı ödəməyin yollarını göstərdilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasından olan nümunələrdə karantin tətbiq edilən kartof gövdə nematodu müəyyən olunub. Bu barədə AQTA məlumat yayıb. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib. Ümumiyyətlə, Azərbaycan bazarlarını İran və digər ölkələrin kartofu bürüyüb. Yerli məhsullar da var - Qazax, Şəmkir, Tovuz, Cəlilabad kartofu 80-1.20 manat civarında satılır. Xarici ölkələrin kartof məhsulları niyə ölkəmizə bu qədər ayaq açıb? Yerli istehsal tələbatı ödəyə bilirmi?

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli hesab edir ki, idxal olmasa qiymətlər daha da baha olar. Onun sözlərinə görə, yerli istehsalçıların məhsulu ucuz təklif etməsinin səbəbi sata bilməməsidir: “Əgər idxal məhsulları olmasa, istehlakçıların başqa yolu olmadığını düşünən satıcılar məhsulu bugünkündən iki dəfə baha qiymətə satarlar. Başqa sözlə ifadə etsək, məhsulun çox olması rəqabət yaradır. O ki qaldı əcnəbi ölkələrdən idxal edilən məhsulların keyfiyyətinə, hesab edirəm ki, bu barədə heç bir problem yoxdur. AQTA və DGK-nin məhsulun keyfiyyəti, standartlar, sertifikasiyalara dair bəlli qaydaları var. Nəzərə almaq lazımdır ki, ölkə bazarının 60-70 faizi idxal məhsullarından ibarətdir. Tələbatı yalnız bu şəkildə qarşılamaq olur. Məhsulun keyfiyyətli olmasına nəzarət etmək isə dövlətin vətəndaş qarşısında borcudur”. 

Ekspertin sözlərinə görə, ölkə üzrə münbit torpaq sahələri azdır: “Azərbaycanda dəmyə torpaq sahəsi azdır. Suvarma isə baha başa gəlir. Mərkəzi Aranda torpaq sahələri şoranlaşıb. Ən münbit torpaqlar Quba, Qusar, Gədəbəy, Tovuzdadır. Əgər sahibkar məhsul istehsal etmək üçün əlavə xərc çəkməlidirsə, təbii ki, məhsulun satış qiyməti də bahalaşmalıdır. Bu amili də nəzərə alsaq, yerli istehsal ölkə əhalisinin tələbatını ödəməyə imkan vermir. İdxal olmasa, yerli məhsulların keyfiyyəti ürəkaçan olmaz, üstəlik, qiyməti də dəfələrlə baha olar. Əlavə olaraq əminliklə bildirim ki, idxal olmasa, ət bazarında kəskin bahalaşma olar, yağ və digər məhsulların qıtlığı yaranar”.

Razi Abasbəyli

İqtisadçı Razi Abasbəyli isə qeyd edib ki, 2023-cü ilin yanvar-noyabr aylarında 49 min 476 hektar sahədə kartof əkilib, 995 min 916 ton kartof isə tədarük olunub: “Bu göstərici 2022-ci ilin eyni dövrü ilə həm əkin sahəsində, həm də məhsul olduğunu yığımında azalma deməkdir. Azərbaycanın kartofa olan illik daxili tələbatı 1 milyon tona yaxındır. Məntiqlə yerli tədarük hesabına daxili bazarın təlabatını tam ödəmək olar. Lakin məhsulun bioloji olaraq saxlanması çətindir və saxlanma soyuducuları da yetərli sayda deyil. Ona görə də ölkəmizdə tədarük edilən kartof əsasən xaricə ixrac edilir. 2023-cü ildə Azərbaycandan təxminən 625 min 75 min ton kartof (38,42% artım) ixrac edilib. Yəni ölkə daxilində tədarük edilən kartofun 62 faizi Rusiya bazarları başda olmaqla xaricə satılıb. Yenə də 2023-cü ilin statistikasına görə həmin il xaricdən  Azərbaycana 226 min 906 ton kartof idxal edilib. Rəqəmlərdə uyğunsuzluq əlbəttə ki, var. Ya daxildə tədarük edilən kartofun həcmi reallığı ifadə etmir, ya da ixrac və idxal edilən kartofla bağlı statistika...”

R.Abasbəylinin sözlərinə görə, yararsız olduğu aşkarlanan 47 min ton İran kartofu kifayət qədər ciddi rəqəmdir: “Yəni həqiqətənmi son günlər yol kənarlarında kisə ilə kiloqramı 40 qəpiyə təklif edilən kartoflar qida üçün yararsızdır? Bu haqda bir fikrim yoxdur. Lakin rəsmi açıqlamada deyilir ki, İrandan gətirilən 47 min tondan çox kartofda ”Kartof gövdə nematodu" aşkarlanıb. 

Deməli, Azərbaycanın kartof idxalatında əsas yerlərdən birini tutan İrandan Azərbaycana mətbəxdə istifadəyə yararsız kartofların külli miqdarda daxil olması hər zaman mümkündür. 

İran dünyada nişasta istehsal edən əsas ölkələrdən biridir. Eyni zamanda heyvan yemlərinin hazırlanması üçün də böyük ərazilərdə kartof əkilir. İqtisadi sanksiyalar səbəbindən İran adətən sənayedə istifadə edilən nişastanı dünya bazarlarına çıxara bilmir. Bu zaman xarici bazarlara texniki məqsədlər üçün yetişdirilən kartof ixracatı artır. Azərbaycan da İrandan kartof ixrac edən əsas ölkələrdən biridir.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri