Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sağlam münasibətin yolu sükutdan yox, dialoqdan keçir Psixoloq ailə içi sükutun gizli fəsadlarını AÇIQLADI

Sağlam münasibətin yolu sükutdan yox, dialoqdan keçir Psixoloq ailə içi sükutun gizli fəsadlarını AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Ailə münasibətlərində küsmək və danışmamaq insanların düşündüyündən daha ciddi psixoloji nəticələrə səbəb olan bir emosional davranış formasıdır. Bir çox hallarda insanlar özlərini qorumaq, haqsızlığa məruz qaldığını göstərmək və ya vəziyyətə nəzarət etmək məqsədi ilə susmağa üstünlük verirlər. Lakin psixologiyada bu, münaqişəni həll edən deyil, əksinə daha da dərinləşdirən bir üsul sayılır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova insanın şəxsi münasibətlərində davamlı küsməsi və bunun yaratdığı fəsadlardan danışarkən bildirdi:

"Küsüb-susmaq ilk baxışda sakitlik və nəzarət təsiri yaratsa da, içəridə emosional yüklənmənin artmasına səbəb olur. Küsən tərəf hisslərini ifadə etmədikcə öz daxilində narahatlıq yaşayır, gərginlik artır və bu, bədənə də somatik simptomlar şəklində yansıyır. Uzunmüddətli olaraq belə davranış münasibətdə emosional məsafə yaradır və ünsiyyət bacarıqlarını zəiflədir. İnsan bir müddət sonra hisslərini ifadə etməkdə çətinlik çəkə, hər problemi susmaqla həll etməyə meylli ola bilər. Bu isə münasibətin təməlində olan etibarı zədələyir.

Küsülən tərəfin yaşadıqları isə daha fərqlidir. Sükut çox zaman emosional cəza kimi qəbul edilir və ən ağır hisslərdən birini – rədd edilmə qorxusunu yaradır. Qarşı tərəf özünü dəyərsiz, görülməyən və eşidilməyən kimi hiss edə bilər. Niyə danışılmadığını anlamadıqca günahkarlıq, özünə inamsızlıq və narahatlıq artır. Sükut insan beyninə ən pis ehtimalları düşündürən bir mühit yaradır; buna görə də susmaq əslində sakitlik yox, daxili gərginlik yaradan bir davranışdır".

Psixoloq qeyd etdi ki, valideyn–övlad münasibətlərində isə küsmək daha ağır nəticələr doğurur:

"Uşaq valideynin susqunluğunu “məni sevmir”, “məni rədd edir” kimi qəbul edə bilər. Bu, uşağın özünə dəyər hissini ciddi şəkildə zədələyir və gələcəkdə münasibətlərində ya həddindən artıq çəkingən, ya da aqressiv olmasına səbəb ola bilər. Valideynlər üçün ən sağlam yanaşma uşağın davranışı ilə sevgini ayırmaqdır: “Səni sevirəm, amma bu davranışı qəbul etmirəm” mesajı həm sərhədi qoruyur, həm də uşağın emosional təhlükəsizliyini pozmur. Ailədə sağalmış, güclü münasibətin əsası ünsiyyətdir. Problem yarananda susmaq yox, danışmaq, hissləri açıq şəkildə ifadə etmək münasibətin keyfiyyətini artırır. Ünsiyyət zamanı “sən belə etdin” yerinə “mən belə hiss etdim” formatında yanaşmaq qarşı tərəfi müdafiədən uzaqlaşdırır və dialoqu yumşaldır. Emosiyalar çox gərginləşəndə qısa fasilə vermək mümkündür, amma bu fasilə əlaqəni kəsmək və cəzalandırmaq məqsədi ilə yox, emosiyaları tənzimləyib daha sağlam şəkildə davam etmək üçün edilməlidir.

Barışmaq prosesində əsas addım tərəflərin bir-birini dinləməsi, hissləri anlamağa çalışması və günahkar axtarmaqdan çox problemi necə həll edəcəklərinə fokuslanmasıdır. Küsmək münasibəti qoruyan deyil, zamanla içdən yeyən bir davranışdır. İnsanlar danışdıqca yaxınlaşar, susduqca isə aralarında görünməz divarlar yaranar. Sağlam münasibətin yolu sükutdan yox, dialoqdan keçir", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı. 

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri