Bazarlarla bağlı xəbərdarlıq: Qaydalar açıqlandı
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması vacibdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Cebheinfo.az”-a məlumat verib.
Bildirilib ki, bazarlarda satılan məhsullar müvafiq sənədlərlə təmin edilməli, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz şəkildə təqdim olunmalıdır. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.
Qısa ömrü olan məhsulların, o cümlədən ət və süd məhsullarının uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanılması zəruridir. Çiy və hazır məhsulların ayrı saxlanması, məhsulların çirklənmədən qorunması təmin olunmalıdır.
AQTA həmçinin satış yerlərində sanitariya və gigiyena qaydalarına əməl olunmasının vacibliyini vurğulayır. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya olunmalıdır.
Tullantıların yığılması üçün qapalı konteynerlərin olması və satıcıların tibbi müayinədən keçərək sağlamlıq arayışına malik olması təmin edilməlidir.
Bazar rəhbərliyi ərzaq məhsullarının təhlükəsiz şəkildə təqdim olunmasında birbaşa məsuliyyət daşıyır. Qeyd olunur ki, bazarlarda yenidənqurma işləri aparılmalı, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli və məhsulların düzgün şəraitdə saxlanması təmin edilməlidir. Yoxlamalar zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 Aprel 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















