BBAK a gedən sərnişinlərə xəbərdarlıq FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) səfər edən sərnişinlərə metroda tətbiq olunacaq dəyişikliklərlə bağlı xəbərdarlıq edilib.
Avtosfer.az-ın məlumatıa görə, bildirilib ki, 15 avqust 2026-cı il tarixindən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq.
İki stansiya arasında birbaşa metro əlaqəsinin olmayacağı nəzərə alınaraq, sərnişinlərin daşınması üçün yerüstü nəqliyyatda əlavə tədbirlər görüləcək.
Belə ki, AYNA tərəfindən əlavə ekspres avtobus marşrutlarının yaradılması və mövcud marşrutların gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldıqdan sonra müxtəlif istiqamətlər üzrə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. Eyni zamanda, bir sıra mövcud marşrutlarda avtobusların sayı artırılacaq.
Sərnişinlərdən BBAK-a səfərlərini planlaşdırarkən metroda tətbiq olunacaq dəyişiklikləri nəzərə almaları və avtovağzala çatma vaxtlarını buna uyğun tənzimləmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Avqust 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















