Icma.az
close
up
RU
BDU Cənubi Qafqazda lider ali məktəbdir

BDU Cənubi Qafqazda lider ali məktəbdir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Dövlət Universiteti ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan “Quacquarelli Symonds”un tərtib etdiyi “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşmaqla daha bir önəmli mövqe qazanıb. Bu nəticə ilə BDU-nun Cənubi Qafqazın bütün ali məktəblərini arxada qoyaraq reytinqdaxili lider olaraq önə çıxması onun beynəlxalq akademik arenada artan nüfuzunu göstərir.

Bu barədə ali məktəbdən XQ-yə verilən məlumatda bildirilir ki, reytinq sıralaması hazırlanarkən 105 ölkədən 8 min 467 universitetin məlumatları qiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinq siyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsil müəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınma səviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar, məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət və tələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıq meyarları əsas götürülüb.

BDU-nun bu uğuru son illərdə universitetin elmi fəaliyyətinin intensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqların inkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulan funksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafına yönəlmiş kompleks islahatların göstəricisidir.

Açıqlamada daha sonra qeyd edilir ki, son dövrdə BDU-da qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzun bacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması və rəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinin tətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Universitet növbəti illərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanın beynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin, ən azı, 3 ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfə nail olmağın qürurunu yaşayır və ölkənin digər universitetlərinin də qlobal reytinqlərdə irəliləyəcəyinə inanır.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri