Icma.az
close
up
RU
BDU da ədəbi bədii tədbir: “Şuşaya salam” FOTO

BDU da ədəbi bədii tədbir: “Şuşaya salam” FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, fakültənin məzunu Səlim Babullaoğlunun “Şuşaya salam” layihəsi əsasında ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb. Tarixi qələbəmizi əks etdirən videoçarx nümayiş etdirilib.

Redaktor.az xəbər verir ki, informasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb. 44 günlük Vətən müharibəsində Şuşa Zəfərinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb. “Bu möhtəşəm qələbə çağdaş bədii ədəbiyyatın yeni mövzularla zənginləşməsinə səbəb oldu. Şair və yazıçılarımız müharibənin ilk günlərindən Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan dövlətinin gücü, Ordumuzun məğlubedilməzliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında ədəbi əsərlər yazıb dərc etdirməyə başladılar”.

“Şuşaya salam” layihəsi barədə məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Space” televiziyasının tərəfdaşlığı ilə Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkədən 44 tanınmış şair Şuşaya ithaf etdikləri şeirlərini qiraət ediblər. Daha sonra isə həmin şeirlər toplu şəklində çapdan buraxılıb. Səlim Babullaoğlu bu kimi tədbirlərin tələbələrin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə tanınmış şairlər İlqar Fəhmi, Səlim Babullaoğlu, BDU-nun dekanları Aydan Xəndan, Ələmdar Cabbarlı, kafedra müdiri Knyaz Aslan Şuşaya həsr etdikləri şeirlərini, fakültə əməkdaşları, tələbələri və əməkdaşların övladları Azərbaycanın və dünyanın bir sıra ölkələrinin şairlərinin Şuşaya həsr olunmuş şeirlərini səsləndiriblər.

Ədəbi-bədii gecə İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Şuşaya aid musiqi nömrələri ilə davam edib. Tədbir çərçivəsində həmçinin gənc rəssam Aytac Aslanın Şuşa mövzusunda əsərlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 May 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri