BDU da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Quran dilinin özünəməxsus tərkibləri” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda fakültənin Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov məruzə edib. Professor Nəsrulla Məmmədov məruzəsində “Qurani-Kərim”ə qədər və bu müqəddəs kitabın nazil olmasından sonrakı ərəb dilini müqayisəli təhlil edib, onların arasında leksik-morfoloji və qrammatik fərqləri müəyyənləşdirib. O, Quran dilinə xas konstruksiyaların təkrarsız olduğunu vurğulayıb, ərəb ədibləri və şairləri tərəfindən bu tip ifadə və tərkiblərin eynilə yaradılmasının mümkünsüz olduğunu bildirib. Bu baxımdan məruzəçi Quran dilinin ərəb dili daxilində xüsusi mövqeyə malik olduğunu qeyd edib, ərəbşünaslıq elmi çərçivəsində bu istiqamətdə araşdırmaların genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilən fikirlər “Quran-Kərim”dən gətirilən ayələr əsasında əsaslandırılıb.
Seminarda çıxış edən Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə məruzənin elmi əhəmiyyətini yüksək qiymətləndirib, mövzunun aktuallığını vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















