BDU da “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi təşkil olunub
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Elnarə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin sosial iş ixtisasında təhsil alan tələbələrinə “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi keçib. Dərs Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub.
BDU-dan 525.az-a bildirilib ki, mərkəzin psixoloqu çıxışında tələbələrə insan alveri qurbanı anlayışı, Azərbaycanda və dünyada insan alverinə qarşı mübarizə tədbirləri barədə məlumat verib. O, insan alveri qurbanları ilə sosial işin təşkili, psixoloji müdaxilə proqramının mahiyyəti və mexanizmini izah edib.
Dərsdə bir sıra praktiki nümunələr təqdim edilib, insan alverinə qarşı mübarizənin çoxprofilli komanda ilə aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə hüquqi, psixoloji və sosial aspektlər mövcuddur. Azərbaycanda insan alveri qurbanları üçün mövcud olan sığınacaqlar, burada aparılan reabilitasiya və abilitasiya proqramları, görülən işlər və uğur hekayələri barədə məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















