BDU da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 29 Sentyabr - Ümumdünya Ürək Günü münasibətilə maarifləndirici sessiya keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sessiyanın əsas məqsədi tələbələrə ürək sağlamlığının qorunması, ilkin yardımın əsas prinsipləri və fövqəladə vəziyyətlər zamanı düzgün müdaxilənin əhəmiyyəti barədə məlumat vermək olub. Tədbirdə qeyd olunub ki, ürək-damar xəstəlikləri dünyada və Azərbaycanda ölümün əsas səbəbləri arasında ilk yerdə gəlir. Buna görə də sağlam həyat tərzini təbliğ etmək ürək-damar xəstəlikləri, infarkt və insult riskini azaltmağın ən effektiv yollarından biridir.
Tədbirdə iştirakçılara ürək-ağciyər reanimasiyası (CPR) ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib. Təlimçilər Əli Hüseynli və Həcər Əliyevanın rəhbərliyi ilə keçirilən praktiki məşğələlərdə tələbələr CPR və ilkin yardım üzrə öyrəndikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. İştirakçılara fövqəladə vəziyyətlərin düzgün qiymətləndirilməsi, çevik qərar qəbul edilməsi və ilkin müdaxilənin doğru şəkildə həyata keçirilməsi ilə bağlı bacarıqlar aşılanıb.
Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















