Icma.az
close
up
RU
BDU da Vətən müharibəsi qazisi Sərxan Veysəlli ilə görüş olub

BDU da Vətən müharibəsi qazisi Sərxan Veysəlli ilə görüş olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 Sentyabr – Anım Günü münasibətilə fakültənin məzunu, Vətən müharibəsi qazisi Sərxan Veysəlli ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rəşad Qardaşov 2020-ci ilin sentyabrın 27-də başlayan və parlaq Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edib. O, tədbirə dəvət olunmuş Sərxan Veysəllinin döyüş yolu haqqında iştirakçılara geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Veysəlli işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlar barədə danışıb, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yenilməz sərkərdəliyi, xalqımızın birliyi, şəhid və qazilərin qanı və canı hesabına Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin çoxəsrlik tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb. Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Azərbaycan Bayrağının 30 ildən artıq işğalda qalmış ərazilərimizdə dalğalandırılmasının hər birimizdə sonsuz qürur hissləri yaratdığını bildirib: “Şükürlər olsun ki, bu gün məzunu olduğum doğma universitetimə, doğma fakültəmə Zəfər qazanmış ordunun qalib əsgəri kimi gəlmişəm”.

BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan Ermənistanın işğalçılıq siyasəti, artıq tarixdə qalmış Qarabağ münaqişəsinin başvermə səbəbləri, müharibənin qurbanları, ağır nəticələri barədə tələbələrə məlumat verib. Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılmasına məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını xüsusi vurğulayıb. Tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin qisasının alındığını, onların ideallarının qalib gəldiyini bildirən natiq Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin hər zaman xalqımız tərəfindən yaşadılacağını diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri