Icma.az
close
up
RU
BDU da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

BDU da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Vətən müharibəsində tarixi Zəfərin beş illiyinə həsr olunmuş “Zəfər carçıları” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, dekan Zaur Əliyev fakültənin məzunlarının 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, onların Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmaqlarından söz açıb. Bildirib ki, şanlı Zəfərin beş illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunur: “30 ildən artıq işğal altında qalmış torpaqlarımızın azad edilməsi dövlət başçısının qətiyyətli siyasəti, xalqımızın birliyi, Ordumuzun igidliyi nəticəsində mümkün olub. Bu Zəfərin təməli hüquqi, demokratik, müstəqil və güclü Azərbaycan dövləti yaratmaqla Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Vətən Müharibəsi qəhrəmanlarının adları daim hörmət və ehtiramla anılır”.

Fakültə dekanı Qarabağda aparılan quruculuq və bərpa işlərində, o cümlədən dini və mədəni abidələrin bərpasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.

Tədbirdə Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçıları - Yusifkamal Paşabəyli, Rauf Əzimov, Gümrah Məmmədov, Şamo İsmayılbəyli, Tərlan Həmidov, Fuad Qəşəmzadə, Ceyhun İsmayıllı, Şəfi Rüstəmbəyli, eləcə də fakültənin şəhid məzunu Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyev iştirak ediblər. Müharibə iştirakçıları çıxışlarında döyüş yolu və cəbhə xatirələri haqqında danışıb, əsgər və zabitlərin fədakarlığından, xalqımızın birliyindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandıqları Qələbəni və bu yolda aparılan mübarizəni böyük fəxarət hissi ilə vurğulayıblar.

Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev çıxışında Vətən müharibəsində iştirak etmiş Hüquq fakültəsinin məzunlarının qəhrəmanlığının tələbələr üçün örnək olduğunu diqqətə çatdırıb.

Tədbirdə Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları göstərdikləri igidliyə görə təşəkkürnamələrlə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri