Icma.az
close
up
RU
BDU da Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş olub

BDU da Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Rumıniyanın Yassı Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenaru ilə onlayn görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültə dekanı Afət Məmmədova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının əhəmiyyəti və multikultural dəyərlərin təşviqindəki rolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü istiqamətində Mərkəzin apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Ardınca çıxış edən Lyudmila Bejenaru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən bəhs edib. O qeyd edib ki, fənnin tədrisi zamanı Azərbaycanın UNESCO-nun siyahısına salınmış tarixi yerləri, maddi-mədəniyyət nümunələri haqqında tələbələrə mühazirələr oxunur. Mərkəzin fəaliyyətində Qarabağ şəhidlərinə həsr olunmuş tədbirlər, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər yer alır.

Görüşdə iştirak edən müəllimlər qeyd ediblər ki, bu kimi mərkəzlərin yaradılması müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlamasına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, tolerantlığın gücləndirilməsinə kömək edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see288

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see247

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see229

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see129

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see120

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri