BDU dan nadir səma hadisəsi ilə bağlı AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"C/2026 A1 (MAPS) kometası Günəşə doğru hərəkətinə davam edir. Son müşahidələrə əsasən, Günəşə yaxınlaşdıqca MAPS kometasının parlaqlığı, sürəti və aktivliyi artır".
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Redaktor.az-a verilən məlumata görə, hazırda kometa Günəşdən təxminən 40 milyon km məsafədədir və 80 km/saniyə sürətlə hərəkət edir.
Yaxın günlərdə kometanın sürətinin artaraq 100 km/saniyəni, Günəşə ən yaxın nöqtədə isə təxminən 300 km/saniyəni keçəcəyi gözlənilir:
"Kometa artıq güclü Günəş şüalanmasına tab gətirə bilmir və parçalanma mərhələsinə daxil olub. Bu prosesin pik nöqtəsi 2-4 aprel tarixlərinə təsadüf edə bilər. Bu zaman kometa Günəşin tacına yaxınlaşaraq sürətlə dağılacaq. Bu, qısamüddətli parlaqlıq artımı yarada bilər".
Kometa nüvəsinin müşahidəsi çətin olsa da, onun uzun və parlaq quyruğunun Günəş batdığı ərəfələrdə qısamüddətli görünməsi ehtimal olunur. Aprelin 2-dən etibarən kometanın SOHO aparatının LASCO cihazlarında görünməsi gözlənilir ki, bu da onun son vəziyyətini daha dəqiq izləməyə imkan verəcək. Hazırkı qiymətləndirmələrə görə, kometanın bütöv şəkildə Günəşə çatma ehtimalı çox aşağıdır və onun yaxın günlərdə tamamilə parçalanacağı gözlənilir. C/2026 A1 kometası Günəşə yaxınlaşaraq məhv olmağa doğru gedən nadir səma hadisələrindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 Aprel 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















